Volf kanalı, Birinci böyrək kanalı və ya Mezonefrik kanal ( və ya ) — onurğalı heyvanlarda gövdə böyrəyinin (mezonefrosun) kanalı. Öz adını təbiətşünas Kaspar Fridrix Volfun şərəfinə almışdır.
Volf kanalı əksər onurğalılarda pronefrosdan kloakaya doğru böyüyən rüşeymdən inkişaf edir. suda-quruda yaşayanlar və sümüklü balıqların embrion və sürfələrində Volf kanalı həm pronefrosun, həm də mezonefrosun ifraz axarı funksiyasını daşıyır; cinsi yetkin dişilərdə isə yalnız mezonefrosun axarı kimi qalır. Erkək qurbağavarilərdə toxumluqla Volf kanalı arasında birbaşa əlaqə mövcuddur və bu kanal eyni zamanda həm sidik axarı, həm də toxum axarı funksiyasını yerinə yetirir.
Sürünənlərdə, quşlarda və məməlilərdə metanefrosun və onunla əlaqəli ikinci dərəcəli sidik axarının yaranması ilə əlaqədar olaraq Volf kanalı yalnız inkişafın erkən mərhələlərində fəaliyyət göstərir. Daha sonrakı dövrlərdə erkəklərdə o, toxum axarına çevrilir, dişilərdə isə reduksiya olunur.
İstinadlar
Ədəbiyyat siyahısı
Xarici keçidlər
How the Body Works / Sex Development / Sexual Differentiation / Duct Differentiation - The Hospital for Sick Children (GTA - Toronto, Ontario, Canada)
Kateqoriya:Sidik-cinsiyyət sisteminin embriologiyası Kateqoriya:Sidik-cinsiyyət sistemi Kateqoriya:Böyrəklər