thumb|Şərqi Asiya buddizmində ən məşhur Təmiz torpaq məkanı olan Sukhavatini təsvir edən, 1750-ci ilə aid asılmış Təmiz torpaq Tayma mandalasının yaponca nüsxəsi.

Təmiz torpaqlar (; , Jōdo, Co:do; , Jeongto, Çontxo; , Tin do; , Daq Şinq), həmçinin Budda aləmləri və ya Budda sahələriKeenan, John P. The Interpretation of the Buddha Land, p. xiii. BDK America Inc. 2002. (buddha-kşetra, ; pali: buddhakkhetta, budda-kşetta), Mahayana buddizmində Budda torpaqları (; butsudo, , Sanqye Ki Şinq) — buddizmdə Budda və ya bodhisattva tərəfindən yaradılmış, onların fəaliyyəti və davamlı gücü ilə təmizlənmiş transsendent aləmlər. Bu aləmlər Buddanın təmiz niyyətləri və düşüncələri ilə rahatlıq və səadət məkanı kimi yaradılmış, bəzən isə meditasiya vasitəsilə formalaşdırılmış paradisial dünyalar kimi təsvir edilmişdir. Təmiz torpaqlar samsaranın əzablarından uzaq və varlığın üç səviyyəsindən kənarda olan yerlər hesab olunur. Bir çox Mahayana buddistləri ölümdən sonra Buddanın təmiz torpağında yenidən doğulmağa can atırlar. Bu aləmlərdə yalnız müqəddəslər, Buddalar və bodhisattvalar mövcud olur. Zaman anlayışı bu sahələrdə fərqli şəkildə işləyir. Bir aləmdə keçən bir saat, digərində bir ilə bərabər ola bilər.Берснев П. В. Тибетская Книга мёртвых : Бардо Тхедол (Бардо Тодол)

Budda aləmləri arasında ən kamil və məşhur olanlardan biri Sukhavati adlanır. Bu Amitabha Buddanın təmiz torpağıdır.Торчинов Е. А. Доктринальные тексты Махаяны: литература сутр [ Лекция 4 ] // Торчинов Е. А. // Введение в буддологию: курс лекций. — СПб.: Санкт-Петербургское философское общество, 2000. — 304 С. — C.63-76. — ISBN 5935970198

Təmiz torpaqda yenidən doğuluşun əldə edilməsinə yönələn müxtəlif ənənələr ümumilikdə "Təmiz torpaq buddizmi" adlandırılmışdır. Bu ifadə bir tərəfdən Təmiz torpaqda doğulmaq üçün müxtəlif vasitələrdən istifadə edən əksər Mahayana ənənələrində mövcud olan praktika üsuluna istinad edə bilər. Şərqi Asiya buddizmində bu anlayış "Təmiz torpaq Dharma qapısı" () adlandırılmışdır. Digər tərəfdən, həmin termin Təmiz torpaq təliminə əsaslanan konkret buddist məktəbləri və yaxud təriqətləri ifadə etmək üçün də işlədilə bilər. Təmiz torpaqlar anlayışına həmçinin, qeyri-buddist taoizm və bon ənənələrində də rast gəlinməkdədir.

Cənubi Asiyada

"Mahavastu" mətnində "Budda sahəsi" anlayışı"tathaqatanın, müqəddəs və tam işıqlanmış varlığın mövcud olduğu, yaşadığı və dharma təlimini canlılar – insanlar və tanrılar üçün xeyir və səadət məqsədilə öyrətdiyi bir aləm" kimi müəyyən edilir.Sharf, Robert H. On Pure Land Buddhism and Ch'an/Pure Land Syncretism in Medieval China. T'oung Pao Second Series, Vol. 88, Fasc. 4/5 (2002), pp. 282-331, Brill.

Hindistanın Mahayana sutralarında saysız-hesabsız budda sahələrindən bəhs olunur.淨土思想之考察 釋聖嚴 Mahayana mənbələrinə əsasən, hər birinin özünəməxsus budda sahəsi olan sonsuz sayda buddhalar mövcuddur. Burada onlar dharmanı tədris edir və canlı varlıqlar öz yaxşı karmaları nəticəsində həmin sahələrdə yenidən doğulurlar.Williams, Paul (2008). Mahāyāna Buddhism: The Doctrinal Foundations 2nd Edition, p. 215. Routledge.Nattier, Jan. (2003) The Indian Roots of Pure Land Buddhism: Insights from the Oldest Chinese Versions of the Larger Sukhåvativyuha. Buddha sahəsi, bodhisattvaların mənəvi təkamül yolunda daha asan irəliləyə biləcəkləri bir məkan sayılır.

Tədqiqatçı Yan Nattier hesab etmişdir ki, bu ideya ənənəvi bodhisattva yolunun çox uzun və çətin görünməsi səbəbilə populyarlaşmışdır. Buddha sahəsində bodhisattvaların öyrədilməsi üçün xüsusi hazırlanmış bir mühitdə təlim almaq, buddalığa çatmağın daha sürətli yolu kimi qəbul edilirdi. Bu saf budda sahələrində yaxşı karması sayəsində yenidən doğulan canlılar, eləcə də ora səyahət edə bilən bodhisattvalar, buddha sahəsinin formalaşmasına öz töhfələrini verirlər. Beləliklə, bu sahələr mənəvi inkişaf üçün xüsusilə güclü və əlverişli yerlər hesab olunur.

Hindistan mənbələrinə görə, bodhisattva yolu bütün nəfsani çirklənmələrdən azad olaraq, təmizlənmiş buddha sahəsinin yaranması ilə tamamlanır. Bu sahə Buddanın fəaliyyətinin zahiri təzahürü və əksi sayılır. Mahayana mənbələrində Avalokitesvara və Mancuşri kimi bodhisattvaların tam işıqlanmaya nail olduqdan sonra öz buddha sahələrinə sahib olacaqları bildirilir. "Lotus sutrası"nda Budda Şakyamuninin yaxın şagirdləri — Sariputra, Mahakasyapa, Subhuti, Maudqalyayana və onun oğlu Rahula gələcəkdə öz Təmiz torpaqlarına sahib olacaqları barədə müjdə alırlar. Bu torpaqlarda zaman axını fərqli ola bilər. Bir torpaqdakı bir gün digərində illərlə ölçülə bilər.

Budda sahələrinin təmizliyi

Mahayana mənbələrində üç növ buddha sahəsindən bəhs olunur: təmiz, natəmiz və qarışıq. "Natəmiz" sahəyə nümunə kimi adətən bu dünya, yəni Şakyamuninin sahəsi olan Saha () göstərilir. Təmizlənmiş sahələrə Amitabhanın Sukhavatisini misal gətirmək mümkündür.Williams, Paul (2008). Mahāyāna Buddhism: The Doctrinal Foundations 2nd Edition, p. 216. Routledge. Bəzi sutralara görə, Şakyamuni öz böyük mərhəmətinə görə natəmiz dünyada doğulmağı seçmişdir, lakin bütün Mahayana mətnləri Şakyamuninin dünyasını natəmiz hesab etmir. "Pancavimsatisahasrika pracnaparamita", "Lankavatara", "Vimalakirti" və "Lotus sutrası" kimi sutralarda təmizlik və natəmizlik arasındakı ikiliyin illüziya olduğu, əslində isə bu dünyanın da saf buddha sahəsi sayıldığı vurğulanır.Williams, Paul (2008). Mahāyāna Buddhism: The Doctrinal Foundations 2nd Edition, p. 217. Routledge.

Belə ki, "Vimalakirti sutrası"na əsasən, zahirdə natəmiz görünən bu dünya əslində təmizdir. Sadəcə aldanmış varlıqların natəmiz zehnləri onu belə qavrayır. Tədqiqatçı Pol Vilyams izah etmişdir ki, "bizim gördüyümüz natəmizlik, natəmiz şüurun nəticəsidir. Budda mərhəməti sayəsində natəmiz varlıqların yetişə biləcəyi bir dünya yaratmışdır. Buna görə də Təmiz torpağa çatmağın həqiqi yolu insanın öz zehnini saflaşdırmasıdır. Başqa sözlə, biz artıq Təmiz torpaqdayıq, sadəcə bunun fərqində deyilik. Hansı aləmdə yaşamağımızdan asılı olmayaraq, əgər o, işıqlanmış saf zehnə malik varlıqlar tərəfindən məskunlaşıbsa, deməli, o da Təmiz torpaqdır". Çoxsaylı Mahayana mənbələri təmizlənmiş buddha sahəsi anlayışını zehnin saflığı ilə birbaşa əlaqələndirir. "Vimalakirti sutrası"nda bu fikir "Budda sahəsini saflaşdırmaq istəyən bodhisattva, əvvəlcə öz zehnini incəliklə bəzəməlidir, çünki bodhisattvanın zehni nə qədər safdırsa, onun budda sahəsi də bir o qədər saf olacaqdır" kimi ifadə edilmişdir.

İkonoqrafiya

Nakamura Budda sahəsinin padma (lotus) təsvirlərinin hindistanmənşəli olduğunu, bu təsirin həm ikonoqrafiyada, həm də motiv və metafora səviyyəsində özünü göstərdiyini qeyd edir. O yazmışdır ki, Təmiz torpaq sutralarında təsvir olunan Təmiz torpaq anlayışı brahman və hindu ideyalarından, eləcə də Hindistanın topoloji xüsusiyyətlərindən dərin şəkildə təsirlənmişdir. Təmiz torpaq buddizmində lotus simvolizmi tədricən inkişaf edərək belə bir inanca çevrilmişdir. İman və səylə çalışan inananlar dərhal, yəni anupapāduka şəkildə, lotusun içində doğulurlar, lakin şübhə edənlər lotus qönçələri içərisində doğulurlar və beş yüz il müddətinə lotusun qasacığında qalırlar. Bu dövrdə onlar Üç xəzinəni — Budda, Dharma və Sanghanı nə görür, nə də eşidirlər. Qapalı lotus çiçəklərinin içərisində sanki bir bağda və ya sarayda oynayırmış kimi nemətlərdən zövq alırlar.

Pali mənbələrində

Theravada məktəbinin Pali ədəbiyyatında, xüsusilə Pali kanonunda "Budda sahələri" haqqında müxtəlif istinadlara rast gəlinir. Bu baxımdan diqqətəlayiq mənbələrdən biri "Buddhapadana" adlı mətndir. Burada bir çox buddaların yaşadığı sahələrin təbiəti təsvir edilir və həmin məkanlar "saysız-hesabsız daş-qaşlar və lotus çiçəkləri ilə bəzədilmiş saraylara bənzər" yerlər kimi təqdim olunur. Mətnə əsasən, on istiqamətdə "göydə və yerdə mövcud olan saysız-hesabsız qiymətli daşlar qədər" buddalar mövcuddur.Proffitt 2023, p. 17. Başqa bir Pali mənbəsi olan "Buddhavamsa" Buddanın fövqəlbəşər qüdrətləri vasitəsilə başqalarının xeyrinə "daş-qaşlarla bəzədilmiş yollar və sütunlar" yarada bilməsindən bəhs edir.

Buddhaqhoşa özünün "Vishuddhimaqqa" əsərində üç növ Budda sahəsini fərqləndirir: saf, qeyri-saf və qarışıq. Onun təsnifatına görə, doğum sahəsi (cati-khetta) müəyyən bir buddanın doğulduğu və on min dünyanı əhatə edən sahədir. Bu hadisə baş verən zaman bütün bu dünyalar titrəyir. Səlahiyyət sahəsi (ana-khetta) yüz min koti miqyasında təsir dairəsinə malikdir. İdrak sahəsi (visaya-khetta) sonsuz miqyaslıdır, buddanın biliyinin və təfəkkürünün hüdudsuzluğunu ifadə edir.

Mahayana buddizmində

Amitabha

Sukhavati () Şərqi Asiyaya xas Mahayana buddizminin ən məşhur Təmiz torpağı hesab olunur. Bu eyni zamanda Təmiz torpaq buddizminin əsas hədəfidir. Bu cərəyan Amitabha Buddaya iman və sədaqət vasitəsilə onun Təmiz torpağında yenidən doğulmağa yönəlir. Sukhavati həmçinin, Tibet buddizmində də geniş yayılmış və mühüm simvolik məna kəsb edən bir Təmiz torpaq kimi qəbul edilir. Bu torpaq haqqında əsas kanonik məlumatlar "üç Təmiz torpaq sutrası" kimi tanınan mətnlərdə toplanmışdır: "Kiçik Sukhavati-vyuha sutrası" (T 366), "Böyük Sukhavati-vyuha sutrası" və "Amitayus kontemplasiya sutrası".

Mahayana sutralarına görə, Amitabha uzaq keçmişdə sevincli bir padşahlığın sədaqətli hökmdarı olmuşdur. O, taxtından imtina etmiş və rahib kimi buddalığa çatmaq qərarına gəlmiş, bu yolda qırx səkkiz and içmişdir. Bu andların əsas ideyası gələcəkdə bütün varlıqların doğula biləcəyi saf bir aləmin — Sukhavatinin yaradılması idi. Amitabha bu andlardan hər hansı biri yerinə yetirilmədiyi təqdirdə buddalığı qəbul etməyəcəyinə söz vermişdi. Onun təlimləri Amitabhanın adının eşidilməsi, fəzilətlərin toplanması və bu əməllərin saf torpaqda yenidən doğulmağa həsr olunması prinsiplərinə əsaslanırdı.Khadro, Chagdud (1998, 2003). P'howa Commentary: Instructions for the Practice of Consciousness Transference as Revealed by Rigzin Longsal Nyingpo. Junction City, CA, USA: Pilgrims Publishing, pp.11–12

Bəzi Mahayana mətnlərində qeyd olunmuşdur ki, Amitabha son nirvanasına çatdıqdan sonra onun Sukhavatidəki varisi əvvəlcə Avalokiteşvara, daha sonra isə Mahasthamaprapta olacaqdır.觀音淨土的呼喚 Şərqi Asiya buddist ədəbiyyatında çoxsaylı hekayələr mövcuddur ki, orada Təmiz torpağa gedən və ya Sukhavatini görmə təcrübəsi yaşadığı iddia edilən şəxslərin başına gələnlər nəql edilir. Bu təcrübələr bəzən digər dinlərin ardıcılları və ya xalq inanclarında da öz əksini tapmışdır.

Şakyamuni

"Mahayana Mahaparinirvana sutrası"nda bildirilir ki, Şakyamuni Buddanın da uzaqda yerləşən öz Təmiz torpağı vardır və bu torpaq "Ən üstün" () adlanır. Rəvayətlərə görə, Budda bu Təmiz torpaqdan çıxmış və indiki dünyada Dharma təlimini yaymışdır.Jones, Charles B. (2021). Pure Land: History, Tradition, and Practice, pp. 42-43. Shambhala Publications, O həmçinin, Kərkəs zirvəsinin üzərindəki məkan ilə əlaqələndirilir. Məhz burada "Lotus sutrası" oxunmuşdur. Tyantay məktəbinin banisi Çjii "Lotus sutrası"nı oxuduğu zaman bu səma məclisini görmə təcrübəsi yaşamış, müəllimi Nanyue Hueysı isə ona bunun əvvəlki həyatlarında həmin məclisdə görüşdüklərini demişdi.灵山一会

Yaponiya buddist məktəbləri, xüsusilə Tenday və Niçiren buddizmi Şakyamuninin Təmiz torpağını bu dünya ilə eyni səviyyədə qəbul edirlər. Niçiren təlimində bu fikir daha qabarıq şəkildə ifadə olunur. Bu məktəbə görə, samsara aləmi və Kərkəs zirvəsində yerləşən Təmiz torpaq bir-birindən ayrılmaz tək bir varlıq təşkil edir. Niçiren təliminə görə, imanla "Lotus sutrası"na sadiq qalan insan ölümündən sonra Kərkəs zirvəsində yerləşən Təmiz torpaqda yenidən doğulur və bu torpaq Sukhavatinin alternativi kimi təqdim edilir.Stone, Jacqueline. The Moment of Death in Nichiren's Thought . In Watanabe Hoyo Sensei koki kinen ronbunshu: Hokke bukkyo bunkashi ronso. Kyoto: Heirakuji shoten, 2003