Eldəniz Furuddin oğlu Namazov (27 iyun 1978, Abbasbəyli, Qazax rayonu) — Azərbaycan Ordusunun ehtiyatda olan polkovniki, Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin keçmiş zabiti, 44 günlük Vətən müharibəsi iştirakçısı.
Həyatı 27 iyun 1978-ci ildə Qazax rayonunun Abbasbəyli kəndində anadan olub. 1995-ci ildə Şəhid Rəsul Mirzəliyev adına Alpout kənd tam orta məktəbini bitirib. 1995–1999-cu illərdə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin "Ümumqoşun" fakültəsində təhsil alıb, "Motoatıcı taqım komandiri" ixtisası üzrə məzun olub.
Hərbi xidməti 1999-cu ildə leytenant rütbəsi alaraq motoatıcı taqım komandiri kimi xidmətə başlayıb. 1999–2013-cü illərdə cəbhə bölgəsində motoatıcı və kəşfiyyat bölmələrində taqım/bölük komandiri, dəstə komandiri və bir neçə ön briqadanın kəşfiyyat rəisi vəzifələrində xidmət edib. 2013-cü ildən Xüsusi Təyinatlı Qüvvələrdə xidmətə keçib, 2014-cü ilin mayından cəbhəboyu döyüş tapşırıqlarında iştirak edib, 1–2 avqust 2014-cü il döyüşlərində ağır yaralanıb. Aprel döyüşlərində və 2020-ci il Vətən müharibəsində Murovdağ–Kəlbəcər, Lələtəpə–Cəbrayıl, Füzuli–Hadrut, Xocavənd və Şuşa istiqamətlərində əməliyyatlarda iştirak edib; Kənd Horadiz və Dördçinarın azad olunmasına, eləcə də düşmənin zirehli texnikasının qənimət kimi ələ keçirilməsinə rəhbərlik edib. 2021-ci ildə Laçın və Kəlbəcər ətrafında mühüm yüksəkliklərin alınması əməliyyatlarına, 2022-ci ilin may–iyununda Göyçə–Cermux istiqamətlərində və 12–14 sentyabr döyüşlərində iştirak edib.
Hərbi rütbələri Leytenant — 20 iyul 1999 Baş leytenant — 24 iyul 2001 Kapitan (vaxtından əvvəl) — 26 iyul 2004 Mayor (vaxtından əvvəl) — 23 iyun 2007 Polkovnik-leytenant — 12 iyun 2014 Polkovnik — 26 iyun 2019
Döyüş zamanı aldığı xəsarətlər 2002 — Ağdam, Yusifcanlı istiqaməti 2014 — Ağdam, Nəmirli istiqaməti 2020 — Cəbrayıl–Xocavənd (Su-25 bombardmanı nəticəsi, KB travması) 2022 — Kəlbəcər, Sərasər dağı (zirehli texnikanın vurulması, KB travması)
Təltifləri "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991–2001)" yubiley medalı (2006) "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı (2007), "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı (2011), "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı (2017) "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918–2008)" yubiley medalı (2008) "Vətən uğrunda" medalı (2010) "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918–2013)" yubiley medalı (2013) "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı (2019) "Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı" medalı (2020) "Qarabağ" ordeni (2020) "Cəbrayılın azad olunmasına görə" medalı (2020) "Füzulinin azad olunmasına görə" medalı (2020) "Şuşanın azad olunmasına görə" medalı (2020) "Vətən müharibəsi iştirakçısı" medalı (2020) "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı (2021)
Şəxsi həyatı Ailəlidir, üç övladı var.
İctimai fəaliyyəti 2023-cü ildə "Qazax" Xeyriyyə İctimai Birliyinin "Əliağa Şıxlinski" adına Fəxri Diplomu ilə təltif olunub. Hazırda ehtiyatda olan polkovnikdir.
Çəkilmiş olduğu verilişlər 44 günün Zəfər dastanı "Komandirlər danışır" — XTQ-nin kəşfiyyat rəisinin ilk müsahibəsi QƏLƏBƏNİN İZİ İLƏ — POLKOVNİK ELDƏNİZ NAMAZOV POLKOVNİK ELDƏNİZ NAMAZOV Qarabağ zəfərinin başlandığı şanlı tarix: "Zəfərə Doğru" filmi
Həmçinin bax Vətən müharibəsi Xüsusi Təyinatlı Qüvvələr
İstinadlar
"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" "Hikmət Mirzəyevdən tapşırıq aldım – o döyüşdə gediş vardı, amma gəliş yox idi" Müharibənin taleyini həll edən döyüşün TARİXÇƏSİ Zabit ruhunun böyüklüyü