Qızxanım — Azərbaycan şairi və Qarabağ xanlığının vəziri Molla Pənah Vaqifin həyat yoldaşı. Yusif Vəzir Çəmənzəminlinin "İki od arasında" əsərində o, Vaqifin ölümündən sonra sıra ilə Məhəmməd bəy Sarıcalı-Cavanşirlə, Sarıcalı Hüseyn bəylə, Mustafa xanla və mayor Abbasqulu ağa ilə evlənmişdir.

Həyatı thumb|Qızxanımın həyat yoldaşı Molla Pənah Vaqif Araz Dadaşzadəyə görə, Molla Pənah Vaqifin iki həyat yoldaşı var idi. Onların adı Mədinə və Qızxanım idi.

Salman Mümtaz qeyd edirdi: "Cürbəcür fəlakətlər və dürlü-dürlü, növbənöv hadisələr və faciələrin şahidi-möhtəşəmi olan Vaqif ən yaxın rəfiq və əhbabını, hətta altuna, cəvahirata susamış rəfiqeyi-həyatını-Qızxanımı böylə bivəfa və xain görərkən üstüörtülü olaraq bu son şeirini söyləmişdir:"

Dövlətü iqbalü malın axırın gördüm tamam, Həşmətü cahü cəlalın axırın gördüm tamam, Zülfü ruyü xəttü xalın axırın gördüm tamam, Həmdəmi-sahibcəmalın axırın gördüm tamam, Başədək bir hüsnü surət, qəddü qamət görmədim.

Bəzi tədqiqatlarda qeyd edilir ki, Molla Pənah Vaqifin ölümü həyat yoldaşı Qızxanıma görə baş vermişdir. Molla Pənah Vaqif Qarabağ taxtına iddiaçı olan Məhəmməd bəy Sarıcalı-Cavanşir tərəfindən öldürülmüşdür. Vaqif "Qızxanımın gözəlliyi uğrunda" oğlu ilə birlikdə Cıdır düzündə öldürülərək basdırılmışdır. Yusif Vəzir Çəmənzəminli "İki od arasında" əsərində bu hadisəni və Qızxanımın sonrakı taleyini belə təsvir edir:

Mədəniyyətdə Yusif Vəzir Çəmənzəminli "İki od arasında" əsərində Molla Pənah Vaqifin həyat yoldaşı Qızxanımın və oğlu Qasım ağanın personajlarını yaratmışdır. Romanda Vaqif Mədinə adlı qadına aşiq olur və onunla günlərini keçirir. Buna görə də Qızxanım qəmgin olur.

İstinadlar

Ədəbiyyat Molla Pənah Vaqif. Həyatı və yaradıcılığı (kollektiv). Sənətkarın elmi pasportu–31. Bakı, "Elm və təhsil", 2022, 342 səh. "Molla Pənah Vaqif: sələflər və xələflər – Erkən yeni dövr əlyazmaları və Azərbaycan mədəniyyətinin tarixi problemləri" mövzusunda XV ənənəvi respublika elmi-nəzəri konfransının materialları, (Bakı, 20 oktyabr 2017), 97 s.

Kateqoriya:Azərbaycan xanlıqları dövrü qadınları Kateqoriya:Molla Pənah Vaqif