Zəki Beyləqani () və ya Əbu Əhməd Zəki ibn əl-Həsən ibn Ömər ibn İmran əl-Beyləqani əş-Şafii ət-Tacir (; ) — azərbaycanlı fəqih və kəlamçı.

Bioqrafiyası Hicri 582-ci (1186) ildə anadan olub. Xorasana gedib. Fəxrəddin Razi və Qütb əl-Misriyə tələbəlik edib. əl-Müəyyəd ət-Tusidən "Muvatta"nı, "Cüz İbn Nəcdə"ni və başqa əsərləri dinləyib. Hicri 630-cu (1233) ildə Şama gedərək müəllimlik edib və Tacəddin ibn Cəfərin qiraəti ilə hədis nəql edib. Camaləddin əs-Sabuni, Nurəddin Əli ibn Cabir əl-Haşimi, Şəhabəddin Əhməd ibn Məhəmməd əl-İsərdi və başqaları ondan hədis rəvayət ediblər. Bir müddət İskəndəriyyədə ticarətlə məşğul olub. Sonra hicri 636-cı ildə (1238) Yəmənə gedərək müəllimlik edib və orada məşhurlaşıb. Hicri 676-cı (1277 və ya 1278) ildə Ədəndə vəfat edib. Zəhəbi onu "Şeyx İmam" adlandırmışdır. İbn Cabir onun haqqında demişdir:

İstinadlar