Sinem Ünsal (d. 21 iyun 1993, İzmir ) — Azərbaycan əsilli türk aktrisasıdır .
Həyatı O, 21 iyun 1993-cü ildə İzmirin Foça rayonunda anadan olub. O, Azərbaycanlı ata və Çərkəz əsilli ananın ikinci övladı idi.
Sinem Ünsal, İbtidai və orta məktəbi İzmirdə, orta təhsilini isə Manisa Cümhuriyyət Anadolu Liseyində alıb; Əskişəhər Osmanqazi Universitetinin Müqayisəli Ədəbiyyat fakültəsini bitirib.
O, 2017-ci ildən aktyorluq və teatrla maraqlanıb; 2017-ci ildə Türkiyənin FOX telekanalında yayımlanan "Çoban Yıldızı" teleserialında Günəş obrazını, 2017-2018-ci illər arasında Kanal D-də yayımlanan "Siyah Beyaz Aşk" teleserialında Gülsüm Aslan obrazını canlandırıb.
Aktrisa 2018-2019-cu illər arasında TV8-də yayımlanan "Qızım" teleserialında Sevgi Günay obrazını canlandırıb.
O, 2019-cu ildə yayımlanan Raif ile Letafet adlı teatr tamaşasında Letafet obrazını canlandırıb.
S.Ünsal 2019-2021-ci illərdə yayımlanan "Mucize Doktor" serialında çox sevilən Doktor Nazlı Güləngül obrazını canlandırıb.
O, 2021-ci ildə yayənlanan "Elbet Bir Gün" adlı TV serialında Feride Gizem Kılıçlı obrazını canlandırıb.
Sinem Ünsal 2022-ci ildə FOX -da yayımlanan "Gizli Saklı" serialında Naz Arıca/Yaz Günəş obrazını canlandırıb və "Aydınlıkevler" teatrında Sülün obrazını canlandırıb.
Hal-hazırda o, Kanal D-də yayımlanan "Uzak Şehir" serialında Alya Albora obrazını canlandırır .
Filmoqrafiya Televiziya il İstehsal Rol Qeydlər Kanal 2017 Çoban Ulduzu Günəş Köməkçi FOX 2017-2018 Qara və ağ sevgi Gülsüm Aslan Kanal D 2018-2019 Qızım Sevgi Günay TV8 2019-2021 Möcüzə Doktoru Nazlı Güləngül Aparıcı aktyor FOX 2021 Elbet Bir Gün Feride / Gizem Kılıçlı 2022 Gizli Gizli Naz Arika / Yay Günəşi İbrahim Səlim ile Bu Gece Özü Qonaq 2024 Səndən əvvəl Merve Dağıstan Aparıcı aktyor Kanal D 2024 - indiki zaman Uzak Şehir Alya Smit Albora İnternet il İstehsal Rol Qeydlər Platforma 2025 Echo: Görünməz Əl Berrin Aparıcı aktyor əlbəttə Kino il İstehsal Rol Qeydlər Tezliklə 9 Ay 10 İl Zeynep Aparıcı aktyor Reklam il Şirkət Rol Mənbə 2019 Blendax Özü 2023 Nivea 2025 İpək Yolu
Teatr tamaşaları il Oyun Rol Mənbə 2019 Raif və Letafet Zövq 2021 Çindən məktub Eda 2022-2024 Aydınlikevler qırqovul
Mükafatlar və nominasiyalar il Mükafat Kateqoriya Mənbə 2019 Afife Teatr Mükafatları İlin Ən Uğurlu Gənc Nəsil Rəssamı Mükafatı 2020 Təhsil Elmləri Mükafatları İlin ən yaxşı aktrisası
İstinadlar
Kateqoriya:Osmanqazi Universitetinin məzunları Kateqoriya:XXI əsr Türkiyə aktrisaları Kateqoriya:Türkiyə çərkəzləri Kateqoriya:Türkiyə azərbaycanlıları Kateqoriya:1993-cü ildə doğulanlar Kateqoriya:Yaşayan insanlar