Araz Süleyman oğlu Əhmədov () — Azərbaycan dövlət xadimi, təhlükəsizlik xidməti general-mayoru. 25 iyul 2022-ci ildən etibarən Masallı rayonu İcra Hakimiyyətinin başçısıdır.

Həyatı Araz Əhmədov 1963-cü ildə Ordubad rayonunun Biləv kəndində anadan olmuşdur. Altı bacı və dörd qardaşlı ailədə böyümüşdür. Sonradan Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunu bitirmişdir.

Ailəlidir, 1 oğlu və 3 qızı var.

Hərbi fəaliyyəti Araz Əhmədov Birinci Qarabağ müharibəsinin iştirakçısı olmuş, Qubadlının azad edilməsi uğrunda döyüşlərdə iştirak etmişdir.

1991-ci ildən etibarən Azərbaycanın təhlükəsizlik orqanlarında çalışmış, Dövlət Təhlükəsizliyi Xidməti İdarəsinin rəisi olmuşdur.

2019-cu ildə ona general-mayor ali hərbi rütbəsi verilmişdir.

İstinadlar

Xarici keçidlər Masallı rayon İcra Hakimiyyətinin rəsmi səhifəsi Yeniavaz.com — Dosye

Kateqoriya:Azərbaycan tərəfindən Birinci Qarabağ müharibəsi iştirakçıları