thumb|Anime serialının posteri. Personaj: Mişar-adama çevrilmiş Denci. "Chainsaw Man" Tatsuki Fucimoto tərəfindən yazılan və illüstrasiya olunan eyniadlı manqa seriyasına əsaslanan anime serialıdır. "MAPPA" studiyası tərəfindən çəkilən anime serialın rejissoru Ryu Nakayama, baş seriya rejissoru Makoto Nakazono, ssenaristi Hiroşi Seko, iblis dizayneri Kiyotaka Oşiyama və personaj dizayneri Kazutaka Suqiyamadır. Animenin musiqiləri Kensuke Uşio tərəfindən bəstələnmişdir. Anime manqanın ilk 38 fəslini əhatə edir.

Anime serialında hadisələr 1990-cı illərdə SSRİ-nin hələ də mövcud olduğu alternativ dünyada baş verir. Bu dünyada insanların kollektiv qorxularından doğulmuş iblislər mövcuddur. İblis ovçularının vəzifəsi təhlükəli iblisləri ortadan qaldırmaqdır və bəzən onların güclərini əldə etmək üçün onlarla müqavilələr bağlayırlar. İnsan bədənini (adətən ölmüş olanların) ələ keçirmiş iblislər ifrit adlanır. Kasıb bir yeniyetmə olan Denci Mişar iblisi Poçita sayəsində onun güclərini əldə edir və bədən üzvlərini mişara çevirə bilir. O, Yaponiya üçün təhlükəli iblisləri ovlamaqla məşğul olan İctimai Təhlükəsizlik Bürosuna qoşulur. Büronun rəhbərlərindən biri olan Makima tərəfindən himayəliyə götürülən Denci iblis ovçusu Aki Hayavakava və Qan iblisi Paverlə yoldaş olur.

Anime serialı 12 oktyabrdan 28 dekabr 2022-ci ilə qədər yayımlanmış və 12 seriya davam etmişdir. Açılış mahnısı Kenşi Yonezu tərəfindən ifa olunan "Kick Back" mahnısıdır. Hər seriya üçün ayrı bağlanış mahnısından istifadə olunmuşdur: "Chainsaw Blood" (Vaundy), "Zanki" ("Zutomayo"), "Hawatari 2 Oku Centi" ("Maximum the Hormone"), "Jouzai" (Tooboe), "In the Back Room" (Syudou), "Dainōteki na Rendezvous" (Kanaria), "Chu, Tayōsei" (Ano), "First Death" (TK), "Deep Down" (Aimer), "Dogland" ("People 1"), "Violence" ("Queen Bee") və "Fight Song" (Eve). Anime "Crunchyroll" tərəfindən lisenziyalaşdırılmışdır. "Mişar Adam. Film: Rezenin hekayəsi" adlı birbaşa sikvel filmi 19 sentyabr 2025-ci ildə buraxılmışdır. 2025-ci ilin dekabrında "Sui-qəsdçi arkı"nın anime adaptasiyası anons edilmişdir.

Seriya siyahısı Azərbaycanca adıYaponca adı Rejissor Bağlanış mahnısı Yayım tarixi

Ev buraxılışı Cild Seriyalar Üzlük personaj(lar)ı Buraxılış tarixi 1 1–3 Denci 27 yanvar 2023 2 4–6 Paver 24 fevral 2023 3 7–9 Aki Hayakava 31 mart 2023 4 10–12 Denci və Makima 28 aprel 2023

İstinadlar

Seriyalar Kateqoriya:Anime seriyalarının siyahıları