Klaus Aktoris () — həkim və əczaçıdır.
Həyatı K. Aktoris Frankfurt-Maynda əczaçılıq və tibb üzrə ali təhsilini almışdır. Hans-Dieter Taubertin rəhbərliyi altında "Müxtəlif növ hormonal kontraseptivlərin yumurtalıq dövrünə təsiri" mövzusunda doktorluq dissertasiyasını tamamlamış və 1977-ci ildə tibb dərəcəsini almışdır. 1981-ci ildə Heydelberq Universitetində "Yağ hüceyrələrində adenilat siklazanın hormonal amillər və dərmanlar tərəfindən inhibə edilməsi" mövzusunda təbiət elmləri üzrə doktorluq dərəcəsini almışdır. 1981–1984-cü ilə qədər Aktoris Heydelberq Universitetinin Farmakologiya İnstitutunda Günter Şulsun rəhbərliyi altında çalışmış və 1983-cü ildə adenilat siklazanın hormonal tənzimlənməsində GTFazaların tənzimlənməsi və rolunun tədqiqi olan "Hormona həssas GTFazalar" mövzusunda dissertasiyasını tamamlamışdır.
K. Aktoris 1985–1989 və 1989–1991-ci ilə qədər müvafiq olaraq Gissen və Essendə dosent vəzifələrində çalışmışdır. 1991-ci ildə Saarland Universitetində professor vəzifəsinə keçmişdir. 1995-ci ildə Frayburq Universitetinin Eksperimental və Klinik Farmakologiya və Toksikologiya İnstitutunda I şöbə müdirü vəzifəsinə 57 namizəd arasından seçilərək bu vəzifəyə təyin edilmişdir.
İş fəaliyyəti K. Aktories-in işi bakterial protein toksinlərinin təsir mexanizmini anlamağımıza əhəmiyyətli dərəcədə töhfə vermişdir. Məsələn, 1986-cı ildə o və həmkarları botulinum toksini C2-nin ADP-ribosilləşmə yolu ilə aktinin polimer quruluşunu pozduğunu nümayiş etdirmişdilər.https://www.nature.com/articles/322390a0 Clostridium difficile toksinləri A və B, E. coli ştammlarının sitotoksik nekrozlaşdırıcı faktor 1 və Photorhabdus luminescens toksinləri da Rho GTPazalarının modifikasiyası yolu ilə sitoskeletini pozur.
2005-ci ildə dərc olunmuş icmal məqaləsində K. Aktories-in tədqiqatları daha ətraflı araşdırılır. Digər müəlliflərlə birlikdə Aktories Volfqanq Forthttps://de.wikipedia.org/wiki/Spezial:ISBN Suche/9783437425226 tərəfindən təsis edilmiş alman dilində nəşr olunan "Ümumi və Xüsusi Farmakologiya və Toksikologiya" ("Allgemeine und besondere Pharmakologie und Toxikologie")https://www.sciencedirect.com/book/edited-volume/9783437425233/allgemeine-und-spezielle-pharmakologie-und-toxikologie kitabının redaktorudur.
İstinadlar