Kip Pineles (; ) — Avstriyalı qrafik dizayner və bədii rəhbər. O, Nyu-Yorkda "Seventeen", "Charm", Glamour, "House & Garden", "Vanity Fair" və "Vogue" kimi jurnallarda çalışıb. Pineles bir çox böyük jurnalın ilk qadın bədii rəhbəri olmaqla yanaşı, incəsənəti əsas kütləvi mediaya gətirən ilk şəxs kimi də tanınır.

Həyatı Pinels 23 iyun 1908-ci ildə Vyanada beş uşaqdan dördüncüsü olaraq anadan olub. Erkən uşaqlığını Polşada keçirib və atası tez-tez xəstələnib. 1915-ci ildə o, 7 yaşında anası və bacıları ilə birlikdə ABŞa mühacirət edib. O, Bruklindəki Bay Ridc Liseyində oxuyub və 1927-ci ildən 1931-ci ilə qədər Pratt İnstitutunda təhsil almaq üçün "Tiffany Fondu" təqaüdünü qazanıb. O, təhsilini 1930-cu ildə "Louis Comfort Tiffany" Fondunda davam etdirib.

Kip Pineles karyerasına 1930-cu illərdə "Vogue" jurnalında başladı. O, məşhur dizaynerlərdən biri olan Dr.Aqhanın rəhbərliyi altında çalışaraq nəşr dizaynı sahəsində böyük təcrübə qazandı. Daha sonra "Seventeen", "Charm", "Mademoiselle" və "Glamour" jurnallarında art direktor vəzifəsində çalışaraq, qadın jurnallarının estetik tərzini dəyişdi.

Pinels iki tanınmış dizaynerlə nigaha daxil olub. O, Vilyam Qoldenlə 1939-cu ildən 1959-cu ildə onun ölümünə qədər evli idilər. O və Vilyam Burtin 1961-ci ildən 1972-ci ilə onun ölümünə qədər evli olub. Pinels 1991-ci ildə vəfat etdi. Pinelsin Vilyam Qoldendən Tomas Pinels Qolden adlı bir oğlu və Vilyam Burtindən Kerol Burtin Fripp adlı bir qızı olub. Onun iki nəvəsi var idi. O, böyrək xəstəliyindən əziyyət çəkirdi və 3 yanvar 1991-ci ildə Nyu-Yorkda infarktdan vəfat edib.

İstinadlar

Ədəbiyyat

Ellis, Estelle. Burtin Fripp, Carol. Cipe Pineles: Two Remembrances. Rochester Institute of Technology, RIT Press. ISBN 9780975965153

Xarici keçidlər

Cipe Pineles, Cary Collection Graphic Design Archive Cipe Pineles papers, Cary Graphic Arts Collection, RIT Cipe Pineles, Cary Collection Digital Collection The Tenth Pioneer – An essay by Martha Scotford on Cipe Pineles' career cipepineles.com – A website for the book Leave Me Alone with the Recipes that has information on her life and the book

Kateqoriya:Avstriyadan ABŞ-yə mühacirət edənlər