Qum adası, Qum Zirə və ya Təzə Zirə — Xəzər dənizində, Abşeron yarımadasının cənub sahilində ada. Bakı arxipelaqının adalarından biridir, Bakı buxtasının şərq hissəsində yerləşir.
Qum adasının uzunluğu təqribən 3 km, eni isə 450 m təşkil edir. Adanın sahəsi 1,3 km²-dir. Adanın səthi qumla örtülüdür, sahil zonası dayazdır.
1951-ci ildə bu ərazidə aparılan geoloji kəşfiyyat işləri nəticəsində sənaye əhəmiyyətli neft və qaz yataqları aşkar edilmişdir. Sovet hakimiyyəti illərində adada Serebrovski adına neft-qazçıxarma idarəsi yerləşirdi.
1960-cı ildə ada Abşeron yarımadası ilə üstündə magistral yol çəkilmiş bənd vasitəsilə birləşdirilib.
İstinadlar
Kateqoriya:Azərbaycan adaları Kateqoriya:Xəzər dənizi adaları Kateqoriya:Bakı arxipelaqı Kateqoriya:Bakı coğrafiyası Kateqoriya:Azərbaycanın kimsəsiz adaları