Şolotl () — astek tanrısı. Ölüm, şəkildəyişmə, ildırım və alov tanrısı olan Şolotl yeraltı dünyaya ölülərə bələdçili edən it başlı tanrı kimi təsvir olunurhttps://study.com- Aztec God Xolotl | Overview & Mythology. İstifadə tarixi: 6 dekabr 2025.. Bu səbəbdə asteklər itləri qurban edir, itlərin ölən şəxslərə yeraltı dünyada bələdçilik edəcəklərinə inanırdırlar. Mexsikan tüksük şolo itləri Şolotlın adı ilə bağlıdır. Şolotlın adının Nahuatl dilində it və ya itlər mənasına gəldiyi düşünülürhttps://historycooperative.org - Xolotl: Aztec God for the Motion of Life. İstifadə tarixi: 6 dekabr 2025..

Şolotl həm də xəstəlik və uğursuzluq, eləcə də əkizlərin ilahı kimi tanınır.

Təsviri Şolotl it (canavar) başlı, skelet görünüşlü, tərs ayaqlı, çox iri burunlu, gözsüz şəkildə təsvir olunur.

Xolotlın astek mifologiyasındakı yeri Şolotl formadəyişən və aldadıcı tanrı kimi çıxış edir. Astek miflərinə görə, tanrılar Günəşi yaradır, ancaq günəş səmada hərəkət etmir. Buna görə tanrılar özlərini Günəşə qurban etməyə başlayır (bu inanışa görə asteklər sonralar Günəşə insan qurban edirdilər). Şolotl özünə qurban etmək istəmədiyi üçün möhkəm qışqırır və gözləri yuvalarından çıxır. Ancaq digər tanrılar ona mərhəmət etmir və onu qurban etmək fikirlərindən dönmürlər. Şolotl gizlənmək üçün şəkil dəyişsə də, külək tanrısı tərəfində tutulur və o, günəşə qurban edilir. Bundan sonra Günəş hərəkət etməyə başlayır. Şolotl günəşin batımı ilə əlaqələndirilir və onun batankən yerin altına gedən günəşə bələdçilik etdiyinə inanılırdıhttps://the-demonic-paradise.fandom.com - Xolotl. İstifadə tarixi: 6 dekabr 2025..

İstinadlar

Kateqoriya:Mifologiya Kateqoriya:İlahlar Kateqoriya:Astek mifologiyası Kateqoriya:Günəş tanrıları Kateqoriya:Səma və hava tanrıları Kateqoriya:Şimşək tanrıları Kateqoriya:Venera ilahları