Sadamitsu Neil Fujita (; ) — ABŞ-da çalışmış yapon əsilli qrafik dizayner və illüstrator. O, xüsusilə 1950-1960-cı illərdə dizayn etdiyi kitab üzləri və korporativ identifikasiya layihələri ilə məşhurlaşmışdır.
Həyatı Sadamitsu Fujita 16 may 1921-ci ildə Havay ərazisində Vaimea adasında yapon əsilli ailədə anadan olub. O, İkinci Dünya müharibəsi zamanı xüsusi düşərgədə saxlanılmasına baxmayaraq, sonradan ABŞ ordusuna qatılmışıdr. Müharibədən sonra Pennilvaniya İncəsənət Akademiyasında təhsil almışdır.
Sadamitsu Fujita karyerasına 1950-ci illərdə "Columbia Records"da qrafik dizayner kimi başlamışdır. Burada caz musiqisi albomları üzünü dizayn etmişdir. Onun yaratdığı üzlər yalnız musiqini təmsil etmirdi, həm də janrın estetik ruhunu vizual olaraq ifadə edirdi. Fujita bu dövrdə abstrakt sənətdən və müasir dizayn elementlərindən istifadə etməyə başlamışdır.
Fujitanın ən məşhur işlərindən bəziləri kitab üzləridir. O, Mario Pyuzonun "Xaç atası", Truman Kapotenin "In Cold Blood" və Erli Stenli Qardnerin "Perry Mason" seriyası üçün kitab üzlərinin şəklini çəkib.
Dizayn sahəsində böyük nüfuz qazandıqdan sonra Fujita reklam və korporativ identifikasiya sahəsində də fəaliyyət göstərmişdir. O, IBM, NBC və daha bir neçə böyük şirkət üçün vizual kimlik layihələri üzərində işləmişdir. Onun dizayn etdiyi loqolar sadəliyi və funksionallığı ilə seçilirdi.
Nyu-York ştatının Sautold şəhərində yaşayan Fujita 23 oktyabr 2010-cu ildə insultdan sonra yaranan ağırlaşmalar səbəbindən 89 yaşında Nyu-Yorkun Qrinport şəhərində vəfat etdi. Ondan sonra kiçik qardaşı Hisao "Hy" Fujita (həmçinin qrafik dizayner), üç oğlu və altı nəvəsi qaldı. İstinadlar
Ədəbiyyat Chang, Gordon H., Mark Dean Johnson, Paul J. Karlstrom & Sharon Spain, Asian American Art, a History, 1850–1970, Stanford University Press, , pp. 314–315
Xarici keçidlər
Kateqoriya:İnternasiyada olmuş yaponəsilli amerikalılar