thumb|Yarımçıq qalmış məscidin minarəsi və sütunları Həsən minarəsi () — Mərakeşin Rabat şəhərindəki Udayya qəsəbəsi yaxınlığında yerləşən minarə. 1195-ci ildə Muvahhidunların əmiri Yaqub əl-Mənsur tərəfindən inşasına başlanmışdır. 86 metr hündürlüyündə olan bu minarə İslam dünyasının ən hündür binası olması nəzərdə tutulmuşdu. 1199-cu ildə minarə 44 metr hündürlüyə çatdıqda əmir vəfat etdi və tikinti dayandırıldı.

Memarlıq görünüşünə görə Həsən Minarəsi eyni vaxtda, ehtimal ki, eyni memarların nəzarəti altında tikilmiş Sevilyadakı Giraldaya bənzəyir. Mərakeşdəki 70 metr hündürlüyündə Kutubiya Minarəsi hər iki binanın prototipi hesab olunur. Minarənin yanında tikilməli olan nəhəng məsciddən yalnız iki yüz qumdaşı sütunu qalıb. Bu sütunların yerləşdiyi meydanın digər tərəfində 1960-cı illərdə V Məhəmməd və oğulları üçün müasir bir məqbərə tikilmişdir.

İstinadlar

Kateqoriya:Minarələr Kateqoriya:İslam