Arctocebus calabarensis (Kalabar anqvantibo) — Həmçinin "Kalabar potto" kimi tanınır, Lorilər (Lorisidae) fəsiləsinə aid strepsirrin primatdır. O, qızıl anqvantibo (Arctocebus aureus) ilə birlikdə "Arctocebus" cinsinə daxildir. Potto (Perodicticus potto) və müxtəlif lorilərlə yaxın qohumdur.

Yaşayış yeri

"Arctocebus calabarensis" Qərbi Afrikanın tropik meşələrində, xüsusilə ağacların yıxıldığı zonlarda yaşayır. Meşənin təmizləndiyi ərazilərdə kənd təsərrüfatı sahələrində yaşadığı məlumdur. Onun yayılma arealı Kamerun, Nigeriya və Ekvatorial Qvineyanı əhatə edir. Növ öz adını Nigeriyanın Kalabar şəhərindən almışdır.

"Arctocebus calabarensis" 266 ilə 465 qram çəki arasında dəyişir. Belində narıncı-sarı xəz, qarın hissəsində boz və ya ağ xəz, alnında və burnunda isə fərqli bir ağ zolaq var. Digər lorilər kimi, bu anqvantibonun da çox qısa işarə barmağı var, bu da ona ağac budaqlarını möhkəm tutmaq imkanı verir. Hər ayağın ikinci barmağında anqvantibonun təmizlənmək üçün istifadə etdiyi xüsusi dırnaq var. Kalabar anqvantibo işləyən üçüncü göz qapağına (niktitating membran) malik olan yeganə primatdır.Montagna, W., Machida, H., and Perkins, E. M. 1966. "The skin of primates XXXIII.: The skin of the angwantibo". American Journal of Physical Anthropology. Vol. 25, 277-290.

İstinadlar

Xarici keçidlər Calabar potto (Arctocebus calabarensis) at The Primata site

Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Əlifba sırasına görə heyvanlar Kateqoriya:Afrika məməliləri Kateqoriya:1860-cı ildə təsvir edilən heyvanlar