Kirnan Brennan Şipka () — ABŞ aktrisası. O, televiziya tamaşaçılarına üç məşhur serialdan tanışdır. 2007–2015-ci illərdə AMC kanalında yayımlanan "Mad Men" serialında Salli Dreyper obrazını canlandırıb. Daha sonra "Netflix" platformasının "Sabrinanın tükürpədici sərgüzəştləri" layihəsində baş rol olan Sabrina Spellmanı oynayıb. Eyni obrazla "Riverdeyl" serialının altıncı mövsümündə də tamaşaçıların qarşısına çıxıb.

K. Şipka son illər bir çox filmlərdə rol alıb. 2024-cü ildə "Uzunbacaq", "Burulğanlar" və "Sonuncu estrada ulduzu" filmlərində yardımçı rollar oynayıb. Aktrisanın əsas rollarda çəkildiyi filmlər də var. Bunların arasında 2015-ci ildə ekranlara çıxan "Qara plaşlının qızı", 2023-cü ildə tamaşaçıların qarşısına çıxan "Əsl cani" və bu il nümayiş olunan "Məhəbbət quşları" filmləri xüsusilə seçilir.

Erkən həyatı Kirnan Şipka sənət aləminə Çikaqodan gəlib. Daşınmaz əmlak işləri ilə məşğul olan atası Con və anası Erin övladlarının istedadını erkən yaşlarından görüblər. İrland və slovak köklərə malik olan gənc aktrisanın nəsil şəcərəsində alman, ingilis, şotland və italyan qanı da qarışıb. Balaca Kirnan hələ beş yaşından səhnə sənətinə həvəs göstərib və bal rəqsləri öyrənməyə başlayıb. Bu məşğələlərə uzun illər davam edib. Ailəsi qızlarının aktrisalıq istedadını dəstəkləmək üçün ciddi addım atıb və o, altı yaşında ikən hamılıqla Los-Ancelesə köçüblər. Sənətə vəsiqəsini məhz bu şəhərdə alıb.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:ABŞ aktrisaları Kateqoriya:İrlandəsilli amerikalılar Kateqoriya:Almanəsilli amerikalılar Kateqoriya:XXI əsr ABŞ aktrisaları Kateqoriya:ABŞ televiziya aktrisaları Kateqoriya:Uşaq aktyorlar