Çömçəquyruq ulduzu - Türk xalqlarının təsəvvüründə səma cismi
Təsviri Türk xalqlarından toplanmış nümunələrdə deyilir ki, çömçəquyruq ulduzu əvvəl insan olub. Deyilənə görə, bir vaxtlar iki nəfər atlarına minib itlərinin üçünü də götürərək ova getmişlər. Onlar uzun yolda donub ölmüşlər və onlardan çömçəquyruq ulduzları yaranmışdır.Türk Dünyası Edebiyat Metinleri Antolojisi. Cilt 1, 2001, s. 489 Məlum olur ki, bir yox, bir neçə ulduzun yaranışından bəhs olunur. Demək ki, bu səma cismi ulduz topası da adlandırmaq olar. Azərbaycanda da çömçəquyruq ulduzunun mövcudluğu haqqında məlumatlar var. Naxçıvan bölgəsinin sakinlərinin söylədikləri şifahi nümunələrdə bu ulduz və ya ulduz topasından bəhs edilir.Türk xalqlarında səma cisimləri haqqında təsəvvürlər. Bakı, Sabah, 2025
İstinadlar
Xarici keçidlər Türk xalqlarında səma cisimləri haqqında təsəvvürlər