Syrmaticus ellioti (Elliot qırqovulu) — Çinin cənub-şərqinə endemik olan iri bir qırqovul növü.

Təsvir

Erkək fərdlər 80 sm (31 inç) uzunluğa qədər böyüyür; qəhvəyi və ağ rəngli olub, qara boğaz, kürən-qəhvəyi üst hissələr, ağ qarın, ensə və qanad zolaqları, qırmızı çılpaq üz dərisi və uzun paslı zolaqlı ağ quyruğa malikdir. Dişi fərdlər daha kiçik olub, 50 sm (20 inç) uzunluğundadır; qırmızımtıl-qəhvəyi rəngli olub, qaraya yaxın boğaz, ağ qarın və daha az zolaqlı quyruğa malikdir.

Yayılması

"Syrmaticus ellioti" qırqovulu Çinin cənub-şərqinə (Quyçjou, Hubey, Anhoy, Çjetszyan, Futszyan, Szyansi, Xunan, Quansi və Quanqdonq əyalətləri) endemikdir. Bu növ həmişəyaşıl və dağ meşələrində, 200-1,900 m (660-6,230 fut) yüksəklikdə yaşayır. Qidası əsasən toxumlar, yarpaqlar və giləmeyvələrdən ibarətdir.

İstinadlar

Xarici keçidlər

Elliot's Pheasant, gbwf.ord

Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Cənubi Çin quşları Kateqoriya:Cənub-Şərqi Asiya quşları Kateqoriya:1872-ci ildə təsvir edilən heyvanlar Kateqoriya:Əlifba sırasına görə heyvanlar