Qozqaralı — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Poladlı kənd inzibati ərazi dairəsində kənd.

Tarixi

Toponimikası Dağətəyi ərazidədir. Yaşayış məntəqəsi 1930-cu ildə həmin r-ndakı Heriknaz kəndindən köçmüş ailələr tərəfindən Qozqaralı adlı ərazidə salındığı üçün belə adlanmışdır. Əraziyə isə orada qozqara ağacı çox olduğu üçün belə ad verilmişdir.

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 118 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.

İstinadlar

Xarici keçidlər Azərbaycan Respublikası Gədəbəy Rayon İcra Hakimiyyəti

Həmçinin bax

Kateqoriya:Gədəbəy rayonunun kəndləri