Gerygone palpebrosa (Pəri geriqonu) — Əvvəllər "pəri pərvazquşu" kimi tanınan, "Acanthizidae" fəsiləsinə aid olan və Yeni Qvineya ilə Kvinslenddə yayılmış bir quş növü.

Təsvir

Yetkin quşların üst hissəsi zeytun rəngində, alt hissəsi sarı, quyruğu qəhvəyi, qısa qara dimdiyi və ayaqları, qırmızı gözləri var. Erkək fərdlərin boğazı qara rəngdədir. "Flavida" yarımnövü, quyruğunun ağ ucu ilə "personata" yarımnövündən fərqlənir.

Yayılması və yaşayış mühiti

"Gerygone palpebrosa"ya Avstraliya, İndoneziya və Papua-Yeni Qvineyada rast gəlinir. Onun təbii yaşayış mühiti subtropik və ya tropik rütubətli düzənlik meşələri və subtropik və ya tropik manqrov meşələridir.

"Beynəlxalq Təbiəti Mühafizə Birliyi" (IUCN) pəri geriqonunu "Az Narahatlıq Doğuran" (Least Concern) statusuna aid edib. Heç bir xüsusi təhlükə müəyyən edilməyib və quş geniş yayılma sahəsinə və sabit populyasiyaya malikdir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Avstraliya quşları Kateqoriya:1865-ci ildə təsvir edilən quşlar Kateqoriya:Yeni Qvineya quşları