Əbu Əbdirrəhman Əbu Bəkr ibn Əbdürrəhman ibn Haris ibn Hişam əl-Məhzumi (; ) — mədinəli tabiin, fəqih və mühəddis. Bəziləri onu mədinəli yeddi fəqihin yeddincisi hesab edirlər.

Bioqrafiyası Hicri 22 və ya 23-cü (643 və ya 644) illərdə anadan olub. Əbdürrəhman ibn Harisdir. İbadətə qarşı olduqca həssas olduğundan ləqəbi "Qureyşin keşişi"dir.

O, Ömər ibn Əbdüləzizin məsləhətləşdiyi (fətva heyətindəki) şəxslərdən biri olmuşdur. Əbuz-Zinadın bildirdiyinə görə, Mədinədə görüşlərinə müraciət edilən fəqihlərdən biri də Əbu Bəkr ibn Əbdürrəhman olmuşdur.

Əbu Bəkr ibn Əbdürrəhman, Səid ibn Müseyyib ilə Urvə ibn Zübeyrin öldüyü "sənətül-füqəha" ilində (hicri 94, miladi 713) vəfat etmişdir.

İstinadlar

Kateqoriya:Tabiinlər