thumb|"Vağzalı" rəqsi not formatında Mirzəyi — Azərbaycanın qədim rəqslərindən biridir. Musiqisi vağzalı rəqsinə çox oxşayır, fərqli cəhəti isə daha aram olmağıdır. Təkcə Azərbaycanda deyil, Cənubi Qafqaz musiqiçilərinin repertuarına daxildir.
Tarix Adından məlum olduğu kimi qarabağlı ney ustası Mirzə tərəfindən təqribən 1860-1870-ci illərdə yaradılıb. Bir əsrdən də artıq vaxt keçməsinə baxmayaraq bu rəqs hələ də öz təravətini itirməmişdir. Xalq arasında tanınan məşhur rəqqasların repertuarlarında bu rəqs daim öz layiqli yerini almışdır. Müəllifi rəqsin melodiyasını ney alətində yaratsa da tar və kamança ifasında da gözəl səslənir.Musiqisi vağzalı rəqsinin musiqisinə çox oxşayır. Texnikası Ancaq təntənəli şənliklərdə, toylarda ifa edilir. Çox vaxt əldə dəsmal olmaqla, həm kişilər, həm də qadınlar tərəfindən oynanılır.Qəmər Almaszadə. Azərbaycan xalq rəqsləri (metodik vəsait) . Bakı: "Birləşmiş nəşriyyat", 1959. Üzeyir Hacıbəyovun "O olmasın, bu olsun" operettasında dördüncü məclisdə toy səhnəsində Məşədi İbad bu rəqsi şabaş (pul) yığa-yığa ifa edir.
Əlibaba Abdullayevin quruluşunda isə onu bir neçə, əllərində çayla doldurulmuş stəkanlı qızlar ifa edib.Bu rəqs indiki dövrümüzə qədər çatıb
İstinadlar
Xarici keçidlər
Azerbaijan Dance - MİRZƏYİ - YouTube "O olmasın, bu olsun" filmi (1956). Meşədi İbadın toyda Mirzəyi rəqsi Ermənilərin "Pepo" filmində Mirzəyi rəqsi
Həmçinin bax Vağzalı O olmasın, bu olsun (film, 1956) Azərbaycan musiqisi
Kateqoriya:Azərbaycan rəqsləri Kateqoriya:Erməni rəqsləri