Təfsirüt-Təbəri () və ya Cəmiul-Bəyan ən Təvili-Əyil-Quran () — Təbərinin Quran təfsiri. Əsərin digər adları bunlardır: "Cəmiul-bəyan fi təfsiril-Quran" və "Təfsiru İbn Cərir".
Əsər Təbəri əsərdə təfsir etdiyi ayəyə "əl-qövlü fi təvili-qövlihi təalə" ifadəsi başlamış və sonra ayənin təfsirini vermişdir.
Təbərinin tələbələrindən olan Əbu Bəkr Əhməd ibn Kamilin bildirdiyinə görə, müəllif onlara bu təfsiri hicri 270-ci (883) ildə yazdırmışdır. İsmayıl Cərrahoğlu isə əsərin bu tarixdən əvvəl yazıldığı deyir. Əbu Bəkr ibn Bəliyə Təbərinin bu əsəri tələbələrinə hicri 283–290-cı (896–903) illər arasında yazdırdığını demişdir. İsmayıl Cərrahoğluna bildirdiyinə görə, bunların başqa bir tələbə qrupu olduğu güman edilir.
Əsər əvvəl Məhəmməd peyğəmbərdən gələn xəbərlərə, sonra səhabə və tabiin görüşlərinə əsaslanır. Əsərdə Səid ibn Cübeyr, Mücahid, İkrimə, Qətadə, Həsən əl-Bəsri, İbn Cüreyc, Süddi, Əbdürrəzzaq, Fərra, Əbu Ubeydə, Əli, Təlhə və bir çox şəxsin nəql və təfsirlərindən bəhrələnilmiş, Kisai, Fərra, Əhfəş, Əbu Əli əl-Qutrub kimi Bəsrə və Kufə dilçilərinin görüşlərinə yer verilmişdir. Əsərdə həmçinin tarix kitablarından da bəhrələnərək Vəhb ibn Münəbbih, İbn İshaq və digər şəxslərdən nəqllər vardır. Məhəmməd ibn Saib əl-Kəlbi, Muqatil ibn Süleyman və Vəqidinin rəvayətlərindən istifadə etməmişdir. Bunun səbəbi onların hədis tənqidçiləri tərəfindən tənqid edilmələridir.
Əsər fars, ingilis, fransız dillinə tərcümə edilmiş, müxtəlif tarix (1983, 1987 və s.) və yerlərdə (Oksford, Paris və s.) dəfələrlə nəşr edilmişdir.
Həmçinin bax Sünni kitablarının siyahısı
İstinadlar
Kateqoriya:Sünni təfsirləri Kateqoriya:İslam