Rauf Xankişi oğlu Əmirov (25 noyabr, 1956, Qusar) — Azərbaycanlı alim-riyaziyyatçı, riyaziyyat elmlər doktoru, professor, Türkiyə Sivas Cumhuriyyət Universitetinin riyaziyyat fakültəsinin professoru (1997-ci ildən) və Fen fakültəsinin dekanı (2013-cü ildən).
Həyatı və Fəaliyyəti Rauf Əmirov 25 noyabr 1956-cı ildə Azərbaycan SSR-in Qusar rayonunun Zuxul kəndində anadan olmuşdur. 1964–1972-ci illərdə Zuxul kənd səkkizillik məktəbində təhsil almışdır. 1972–1974-cü illərdə Bakı şəhərində yerləşən 6 nömrəli internat məktəbində orta təhsilini davam etdirmişdir.
Təhsili 1974–1979-cu illərdə Azərbaycan Dövlət Universitetinin Riyaziyyat fakültəsində ali təhsil almışdır. 1979–1981-ci illərdə Azərbaycan Dövlət Universitetində elmi-pedaqoji fəaliyyətə başlamışdır. 1981–1984-cü illərdə həmin universitetin Mexanika-riyaziyyat fakültəsinin Riyazi analiz kafedrasında əyani aspiranturada təhsil almışdır.
Elmi dərəcələr 1985-ci ildə Azərbaycan Dövlət Universitetinin Elmi şurasında akademik Mirabbas Qasımovun rəhbərliyi ilə “Kulomb sinqulyarlığına sahib Şturm–Liuvill tənlikləri üçün iki spektrə görə tərs məsələlər (01.01.01)” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.
2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda professor Hidayət Hüseynovun məsləhətçiliyi ilə “Diferensial tənliklər üçün tərs məsələlər nəzəriyyəsinin bəzi problemləri (01.01.01)” mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş və riyaziyyat elmləri doktoru elmi dərəcəsi almışdır.
Elmi və pedaqoji fəaliyyəti Rauf Əmirov 1979–1980-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutunda, 1981–1984-cü illərdə Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin Riyazi analiz kafedrasında, 1985–1990-cı illərdə Azərbaycan Politexnik İnstitutunun Ali riyaziyyat kafedrasında laborant və assistent, 1990–1993-cü illərdə dosent vəzifələrində çalışmışdır.
1993–1996-cı illərdə Türkiyənin Sivas şəhərində yerləşən Cümhuriyyət Universitetində dosent kimi fəaliyyət göstərmişdir. 1996-cı ildən etibarən Sivas Cumhuriyet Universitetində professor vəzifəsində çalışır.
İnzibati fəaliyyəti 1997-ci ildən Sivas Cumhuriyet Universitetinin Fen Fakültəsi Riyaziyyat bölməsinin müdiri vəzifəsini icra edir. 2002–2005-ci illərdə universitetin Fen Bilimleri İnstitutunun direktoru olmuşdur. 2013-cü ildən etibarən Sivas Cumhuriyet Universitetinin Fen Fakültəsinin dekanıdır.
Elmi irsi Rauf Əmirov 80-dən çox elmi məqalənin müəllifidir. Onun elmi rəhbərliyi ilə 11 nəfər fəlsəfə doktoru elmi dərəcəsi üzrə dissertasiya müdafiə etmişdir.
İstinadlar
Kateqoriya:1956-cı ildə doğulanlar Kateqoriya:Qusar rayonunda doğulanlar Kateqoriya:Azərbaycan riyaziyyatçıları Kateqoriya:Riyaziyyat elmləri doktorları Kateqoriya:Türkiyədə yaşayan azərbaycanlı alimlər Kateqoriya:Sivas Cumhuriyet Universitetinin professorları Kateqoriya:Yaşayan insanlar