Qondarma Dağlıq Qarabağ Respublikası mühacirət hökuməti — 2023-cü ildən bəri İrəvanda mövcud olan hökumət. Bu hökumət özünü Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında mövcud olmuş Qondarma Dağlıq Qarabağ Respublikasının (1991–2023) davamçısı hesab edir.

Tarixi Samvel Şahramanyan Qondarma Dağlıq Qarabağ Respublikasının 1 yanvar 2024-cü ildə ləğv edilməsi ilə bağlı sənəd imzalamışdır. Ancaq daha sonra imzaladığı sənədi "boş kağız" adlandırmışdır. Qondarma Dağlıq Qarabağ Respublikası hökuməti üzvlərinin Ermənistana qaçmasından sonra onlar fəaliyyətini mühacirət hökuməti olaraq davam etdirmişdir.

Ermənistanın baş naziri Nikol Paşinyan "Qondarma Dağlıq Qarabağ Respublikası mühacirət hökuməti" ideyasına qarşı çıxmış, bunu Ermənistan üçün "təhlükəsizlik riski" adlandırmışdır. O, Ermənistanda fəaliyyət göstərəcək tək hökumətin Ermənistan hökuməti olduğunu bildirmişdir.

21 may 2025-ci ildə Samvel Şahramanyanın prezidentlik müddəti başa çatmışdır. Beləliklə, mühacirətdə olan Qondarma Dağlıq Qarabağ Milli Məclisinin prezidenti seçilən Aşot Danielyan prezidentlik səlahiyyətlərini öz üzərinə götürmüşdür.

Mühacirət hökumətinin başçıları PrezidentHakimiyyət müddətiPartiyasıAşot Danielyan (icraedici)2025-ci ildən etibarənMüstəqilSamvel Şahramanyan2023–2025Müstəqil

İstinadlar

Kateqoriya:Qarabağ tarixi Kateqoriya:Azərbaycanın ərazi mübahisələri Kateqoriya:Sürgündəki hökumətlər Kateqoriya:Azərbaycan mühacirləri Kateqoriya:Ermənistan təşkilatları