Las Lahas kilsəsi () — Kolumbiyanın Narinyo departamentinin İpiales şəhərində, Quaytara çayı kanyonunun daxilində yerləşən katolik kilsəsi. Kolumbiyanın ən çox ziyarət edilən kilsələrindən biri olan kilsə neoqotika üslubunda tikilib. Kilsə Müqəddəs Bakirə Məryəmə həsr edilmişdir. Tarixi Kilsənin tikilməsinə ilham verən hadisə, təxminən 1754-cü ildə baş verdi. Amerika hindlisi Mariya Mueses de Kinones və onun lal-kar qızı Roza güclü fırtınaya yaxalanmışdılar. Lahas daşları arasındaa sığınacaq axtararkən, Menesesin təəccübünə qızı Rozanın "Mestiza məni çağırır" deyərək ildırım işığı düşən aqaya üzərindəki siluetə işarə etməsi səbəb olub. Məryəmin görünməsi, insanların bu yerə ziyarət etməsinə və zaman-zaman möcüzəvi şəfa halları tapmasına səbəb oldu.
Bu yerdə bir ziyarətgahın mövcudluğu, rahib Xuan de Santa Qertrudisin 1756–1764-cü illərdə Yeni Qranada krallığının cənub regionlarına səyahəti zamanı qeyd edilmişdir. Burada ilk ziyarətgah XVIII əsrin ortalarında saman və taxtadan inşa edilmişdir. 1795-96-cı illərdə onun yerinə 7 metr uzunluğunda kərpicdən kilsə tikilmişdir. 1802-ci ildən etibarən daha böyük ziyarətgah inşa edildu ki, bu da XIX əsrin II yarısında kanyonun digər tərəfinə körpü ilə birləşdirilərək genişləndirildi.
Hazırkı kilsə 1 yanvar 1916-cı il ilə 20 avqust 1949-cu il arasında yerli kilsə ziyarətçilərinin ianələri əsasında tikilmişdir. Kanyonun dibindən 100 metr hündürlüyə ucaldılan kilsə, kanyonun digər tərəfinə 50 metr hündürlüyündəki körpü ilə birləşdirilib. Həsr edilib Kolumbiyanın cənubunda yerləşən məbəd XVIII əsrdən bəri turizm və ziyarətgah üçün açıq olmuşdur. İspan fransiskanı Xuan de Santa Qertrudis (1724–1799) Yeni Qranada krallığının cənub hissəsinə 1756–62-ci illərdə etdiyi səyahəti nəticəsində qələmə aldığı dörd cildlik salnaməsinin III Kitabının 2-ci hissəsində ("Təbiətin möcüzələri") bu müqəddəs məkandan bəhs edir. Bu, güman edilir ki, məbədin mövcudluğuna dair ən qədim mənbədir. İstinadlar
Xarici keçidlər Lajas, Nuestra Señora de las
Kateqoriya:1948-ci ildə Kolumbiya Kateqoriya:Neoqotika üslubunda tikililər Kateqoriya:Müqəddəs Məryəmə ithaf edilmiş kafedrallar