Aparesida Milli Məbədi Kafedral bazilikası () — Braziliyanın Aparesida şəhərində yerləşən möhtəşəm katolik bazilikasıdır. Braziliyaya himayədarlıq edən Müqəddəs Aparesidaya həsr olunub. Vatikan şəhərindəki Müqəddəs Pyotr bazilikasından sonra daxili həyatyani sahəsi və həcminə görə dünyada ən böyük kafedral və ikinci ən böyük katolik kilsəsidir. Aparesida arxiyepiskopluğunun mərkəzi sayılır. Tarixi thumb|left|upright|Qədim Bazilikanın fasadı Bu məbədin tarixi Müqəddəs Məryəm Ananın kiçik tünd gil heykəlinin tapılması ilə bağlıdır. Ənənəyə görə, üç balıqçı 1717-ci ildə San-Paulu qubernatoru Pedro de Almeydanın ziyarəti şərəfinə təşkil edilən ziyafət üçün Paraiba-du-Sul çayında balıq tuturmuşlar. Dualarına baxmayaraq, cəhdləri nəticəsiz qalan balıqçılardan birinin toruna günün sonunda Məryəmin başsız heykəli düşdü. Növbəti atışda isə Məryəmin başı tora düşdü. Heykəli təmizləyib, parçaya sarıyan balıqçılar işlərinin qaydasında getdiyinin və lazımi qədər balıq tuta tuta bildiklərinin şahidi oldular. Heykəlin San-Pauluda yaşayan rahib Frey Aqostino de Xesus tərəfindən hazırlandığına inanılır.

Heykəl əvvəlcə onu tapan balıqçılardan biri Felipe Pedrosonun evində saxlanılırdı. Bura dua etmək istəyən ziyarətçilər üçün məşhur bir məkana çevrildi ki, bu da Pedrosonun ailəsini burada kiçik bir ibadətgah tikməyə sövq etdi. 1734-cü ildə bir kilsə, daha sonra 1834-cü ildə isə ərazidə ilk bazilika tikildi. 1955-ci ildə ziyarətçi sayının artdığı bir vaxtda, yaxınlıqdakı ərazidə mövcud binada tikinti işləri başlanıldı. Bazilikanın, xarici sahəsi də daxil olmaqla, 200000-dən çox insan üçün yeri var və tutumuna görə Müqəddəs Pyotr bazilikasından sonra ikinci yeri tutur.

Qədim taxta kilsə əvvəlcə 1745-ci ildə inşa edilmişdir. Qədim ziyarətgah 1834-1888-ci illər arasında tikilmiş müstəmləkə üslublu kilsə idi. O vaxtdan bəri ibadətçilər onu bazilika adlandırırlar.

İstinadlar

Xarici keçidlər Official website (in Portuguese)

Kateqoriya:Günbəzli kilsə binaları