Göttingen kiçik donuzu — donuzlar fəsiləsindən olan Almaniya donuz cinsi.
Ümumi məlumat Göttingen kiçik donuzu miniatür donuz cinsidir. O, dünyada məlum olan ən kiçik ev donuzu cinsidir. Yetkinlikdə təxminən 35 kq çəkiyə malikdir. Kiçik ölçüsü ilə tanınan Göttingen kiçik donuzu sakit xasiyyəti və sağlamlıq statusu ilə də məşhurdur. Bu cinsin yetişdirilməsinə 1960-cı illərin sonlarında Almaniyanın Göttingen Universitetindəki "Institut für Tierzucht und Haustiergenetik" tərəfindən Minnesota mini-donuzu, Vyetnam donuzu və Alman landras donuzunun çarpazlaşdırılması ilə başlanılmışdır.Bollen, PJA & Ellegaard, L.(1996). Developments in Breeding Göttingen Minipigs. In Tumbleson & Schook (eds.) Advances in Swine in Biomedical Research. New York: Plenum Press Göttingen kiçik donuzları ev heyvanı kimi çox sevilir, lakin bu cins xüsusi olaraq biomedikal tədqiqatlar üçün inkişaf etdirilmişdir. Bu gün onlar dünya üzrə dörd ayrı yerdə geniş şəkildə yetişdirilir.
1992-ci ildə Danimarkada ilk mikrobioloji cəhətdən təyin olunmuş Göttingen kiçik donuzu koloniyası yaradıldı. Bu koloniyadan Avropa üzrə biomedikal tədqiqatlar üçün və məhdud dərəcədə Şimali Amerikada istifadə üçün Göttingen kiçik donuzuları təqdim edildi. 2003-cü ildən etibarən ABŞ-də Göttingen kiçik donuzu koloniyası quruldu. 2010-cu ildən etibarən bu cins Yaponiyada da mövcuddur. Son iki onillikdə Göttingen kiçik donuzlarının biomedikal tədqiqatlar üçün qlobal istifadəsi artmışdır.
2010-cu illərdə ABŞ-də Göttingen kiçik donuzları tez bir zamanda ev heyvanı kimi satılmaq üçün yerli şəkildə alınıb yetişdirilməyə başlandı. İndi onlar kiçik ölçüsü ilə məşhur olan populyar ev donuzu cinsidir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Əlifba sırasına görə heyvanlar Kateqoriya:Əhliləşdirilmiş heyvanlar Kateqoriya:Donuzlar