"Ülüm" qəzeti () — 1869–1870-ci illər arasında Əli Suavi tərəfindən Fransada nəşr olunmuş türkdilli siyasi qəzet.

Londonda nəşr etdiyi "Müxbir" qəzetinin yayımı 3 noyabr 1868-ci ildə dayandırıldıqdan sonra Əli Suavi Fransaya keçmiş və Parisdə "Ülüm" adını verdiyi qəzeti öz imkanları ilə nəşr etməyə başlamışdır. Əli Suavi bu qəzetdə türkçülük cərəyanına öncülük etmişdir. Ərəb və fars dillərinin qrammatika qaydalarının istifadəsinə qarşı çıxmış, osmanlıcanın siyasi termin olduğunu irəli sürmüş və türk dilinin əvəzinə işlədilməsinin doğru olmadığını müdafiə etmişdir. "Qamüsül-Ülüm və Maarif" () adlı ensiklopediya qəzetin əlavəsi kimi verilmişdir. 1870-ci ildə nəşrə başlanan, lakin tamamlanmayan 80 səhifəlik bu əsər ilk türkcə ensiklopediya cəhdi hesab olunur.

Əli Suavi Fransa–Prussiya müharibəsi zamanı Parisin mühasirəyə alınması səbəbindən 31 avqust 1870-ci ildə çıxan 25-ci sayından sonra qəzeti bağlamağa məcbur olmuşdur, lakin Liona getmiş və qəzetin nəşrini "Müvəqqətən Ülüm Müştərilərinə" adı ilə 11 say daha davam etdirmişdir.

İstinadlar

Kateqoriya:Osmanlı qəzetləri