Hakan Aydın və ya səhnə adı ilə Blok3 () — türk repçisi və bəstəkarı.

Həyat və yaradıcılığı Hakan Aydın 15 avqust 2002-ci ildə Kocaelinin Gəbzə ilçəsində anadan olub. O, gənc yaşlarından musiqiyə maraq göstərib, musiqi ilə məşğul olduğu ilk illərdə kafedə işləyib. 2021-ci ildə ilk mahnısı olan "Wow"u buraxdıqdan sonra daha bir neçə mahnı buraxıb, lakin 2022-ci ildə "Vur" mahnısı ilə uğur qazanıb. 2023-cü ildə "Affetmem" mahnısı ilə məşhurlaşdı. Mahnı qısa müddətdə YouTube-da 60 milyondan çox, Spotify-da isə 100 milyondan çox baxış topladı. Daha sonra karyerasında "Baybay", "Yaptırıcaz tırnaklarını" və "Aklına Ben Gelicem" mahnılarını səsləndirdi. 49-cu Pantene Qızıl Kəpənək Mükafatlarında "Ən Yaxşı Reper" mükafatını qazandı.

İstinadlar

Kateqoriya:Türkiyə repçiləri