Rəhimli — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Düz Rəsullu kənd inzibati ərazi dairəsində kənd.
Tarixi Kənd XVIII əsrin əvvəllərundə salınıb. Yerli əhalinin məlumatına görə, Rəhimli kəndini Sərdarlı nəslindən olan Qara Rəhim salmışdır.
Toponimikası Şahdağ silsiləsinin ətəyindədir. Yerli əhalinin məlumatma görə, yaşayış məntəqəsini vaxtilə Qazax mahalının Qıraq Kəsəmən kəndindən köçüb gəlmiş Qara Rəhim adlı şəxs saldığı üçün kənd onun adı ilə adlandırılmışdır;Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti 2-ci cild səhifə 165. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007.
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 207 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Həmçinin bax Gədəbəy rayonu
Xarici keçidlər Azərbaycan Respublikası Gədəbəy Rayon İcra Hakimiyyəti
İstinadlar
Kateqoriya:Gədəbəy rayonunun kəndləri