Cihad Burak (; ) — Türkiyə rəssamı, memarı, yazarı və keramika ustası.

Həyatı Cihad Burak 1915-ci ildə İstanbulda anadan olmuşdur. O, 1937-ci ildə Qalatasaray Liseyində orta təhsilini başa vurduqdan sonra indiki adı Memar Sinan Gözəl Sənətlər Universiteti olan dövrün İstanbul Gözəl Sənətlər Akademiyasının memarlıq şöbəsinə daxil olmuş, burada Sədat Haqqı Əldəm, Bonatz və Emin Onatın tələbəsi kimi 1943-cü ildə məzun olmuşdur. İxtisası üzrə ilk peşəkar təcrübəsini 1943-cü ildə fəaliyyətə başladığı Ankara Tekel Baş Müdirliyində qazanmışdır. Daha sonra Ankara Bədən Tərbiyəsi Baş Müdirliyində, İstanbul Texniki Universitetinin layihə bürolarında çalışmış, 1951-ci ildə Ankara Nafiyyə Vəkalətində (Bayındırlıq Nazirliyi) Tikinti İşləri Başçısı vəzifəsində fəaliyyət göstərmişdir. 1952-ci ildə Birləşmiş Millətlər Təşkilatının təqaüdü ilə Fransaya göndərilmiş, üç il Parisdə memarlıq və rəssamlıq təhsili almışdır. 1955-ci ildə Türkiyəyə qayıtdıqdan sonra yenidən Bayındırlıq Nazirliyindəki vəzifəsini davam etdirmişdir. 1957-ci ildə Əfqanıstana, Türkiyənin Kabildəki səfirliyinin binasının layihələri üçün ezam olunmuşdur. 1961-ci ildə Fransa hökumətinin təqaüdü ilə yenidən Parisə göndərilmiş və burada prefabrik tikinti üsullarını araşdırmışdır. Təqaüd müddəti başa çatdıqdan sonra Parisdə qalmaq məqsədilə nazirlikdəki vəzifəsindən ayrılmışdır. Rəssamlıq fəaliyyətinə üstünlük verdiyi bu dövrdən sonra 1965-ci ildə Türkiyəyə qayıtmış və Özəl İşıq Memarlıq Məktəbində, eləcə də İstanbul Dövlət Tətbiqi Gözəl Sənətlər Ali Məktəbində (indiki Marmara Universiteti Gözəl Sənətlər Fakültəsi) rəssamlıq dərsləri vermişdir.Şeyda Üstünipek kaleminden Cihat Burak

İlk fərdi sərgisini 1957-ci ildə İstanbulun Beyoğlu Şəhər Qalereyasında Fransada hazırladığı əsərlərlə açmışdır. Sənətkarın "ictimai realizm" anlayışı əsasında işlədiyi əsərləri ilə yanaşı, Dolmabağça sarayının darvazası, Qəbir daşları və İncili qız kimi işlərində fantastik quruluş da müşahidə olunur. "Kanaryam Güzel Kuşum Ben Sana Vurulmuşum" adlı əsərində ölüm mövzusunu işləyən Burakın yaradıcılığında Yəhya Kamal Bəyatlı, Nazim Hikmət, Neyzən Tofiq, Ərən Əyyuboğlu və Aliyə Berger kimi tanınmış simaların portretləri, eləcə də son dövrə aid "Pişik" mövzulu rəsmləri yer almışdır.Yapı Kredi Yayınları sayfası

Memarlığı dolanışıq üçün, rəssamlığı isə öz peşəsi kimi icra etdiyini bildirmiş Cihad Burakın metal çap işlərində, porselen və şüşə məmulatlarında, bişmiş torpaq heykəl və büstlərində də rəsmlərində olduğu kimi ekspressionist üslub nəzərə çarpmışdır.

Ədəbiyyat sahəsində də diqqətəlayiq əsərlər vermiş Burakın ilk hekayə kitabı "Cardonlar" 1981-ci ildə nəşr olunmuş, bunu 1992-ci ildə yayımlanan və Yunus Nadi Mükafatı müsabiqəsində birincilik qazanan "Yakutilər" izləmişdir. Kitablarına daxil edilməmiş hekayələri isə əlyazmaları və makina mətnləri əsasında toplanaraq vəfatından doqquz il sonra "Zenci Kalınız!" adı ilə çap edilmişdir.

Cihad Burak 1994-cü ildə İstanbulda vəfat etmişdir. 2020-ci ildə İstanbul Böyükşəhər Bələdiyyəsinin Mədəni İrs İdarəsi tərəfindən başlanan İstanbul məzarlıqlarının tənzimlənməsi layihəsi çərçivəsində onun məzarının abadlaşdırılması üçün də işlər aparılmışdır.Cihat Burak | Mimar, Ressam, Yazar

Mükafatlar 1964-cü ildə Parisdə "Dəniz Döyüşü Xəyali Donanması" adlı əsərinə görə Bürünc Medal 1964-cü ildə Parisdə keçirilən Utrillo Mükafat Sərgisində Gümüş Medal 1982-ci ildə İstanbulda keçirilən Sedat Simavi Fondunun Təsviri Sənətlər Mükafatı 1991-ci ildə Plastik Sənətlər Assosiasiyasının Fəxri Mükafatı

Sərgiləri Fərdi 1957 - Beyoğlu Şehir Galerisi, 1958 - Ankara Sanat Sevenler Derneği 1962 - Galerie Claude Levin, Paris 1962 - Galerie Raphael Mischkind, Lille 1964 - Carevan Galerie, Cannes. 1965 - Galerie Bodo Bratke, Wesel, Almanya 1965 - İstanbul. 1967 - Türk Alman Galerisi, İstanbul 1968 - Taksim Sanat Galerisi, İstanbul. 1969 - Taksim Sanat Galerisi, İstanbul 1970 - Alman Kütüphanesi, Ankara. 1971 - Galeri I, İstanbul. 1974 - Artizan Sanat Galerisi, Ankara 1975 - Melda Kaptana Sanat Galerisi, İstanbul. 1976 - Galeri Baraz, İstanbul. 1977 - Oya sanat Galerisi, İstanbul 1978 - T. İş Bankası Parmakkapı Sanat Galerisi, İstanbul 1978 - Hobi Sanat Galerisi, İstanbul 1982 - Urart Sanat Galerisi 1987 - Kile Sanat Galerisi 1988 - Kile Sanat Galerisi 1991 - Kile Sanat galerisi 1991 - Garanti Bankası Sanat Galerisi 1992 - Sevimce Sanat Galerisi 2. İstanbul Sanat Fuarı 1994 - Sevimce Sanat Galerisi 4. İstanbul Sanat Fuarı Retrospektif Sergi

Qarışıq 1962 - 8 Peintres de Paris, 1963 - Galerie Mouffe, Paris. 1963 - Cooperstown Association, New York, 1964 - Salon İnterministeriel, Musée de l'Art Moderne. ("Deniz Muharebesi/Hayal Donanma" adlı resmi ile (116x191 cm.) Bronz Madalya. 1964 - Çağdaş Türk Resmi, Musée de l'Art Moderne. 1964 - Crane Callann Galerie, Londra 1964 - Utrillo Armağanı, Paris. (Gümüş Madalya) 1965 - Galerie Jacques Casanova, Paris. 1966 - Fransız Kültür Merkezi, Ankara. 1967 - Çağdaş Türk Ressamları Sergisi Birincilik Ödülü (50 Altın) 1967 - Ankara Doğuş Galerisi. (Grafik Sergisi) 1968 - Resim ve Toplum, Yapı Endüstri Merkezi Galerisi, İstanbul. (Cihat Burak, Neşet Günal, Nedim Günsür, Nuri İyem, Gürol Sözen) 1968 - Galeri I, "Galatasaray 100. Yıl Sergisi", İstanbul 1968 - Galeri I, "Sanatsevenler Sergisi", İstanbul. 1970 - Taksim Sanat Galerisi, "Karma Sergi". 1971 - Melda Kaptana, İstanbul. "Karma Sergi". 1973 - Aydın Cumalı Sanat Galerisi, Moda. 1974 - Artizan Sanat Galerisi, Ankara. "Karma Sergi". 1975 - Künmat Sanat Galerisi. "Karma Sergi." 1975 - Aydın Cumalı Sanat Galerisi, Moda. (Cihat Burak, Nedim Günsür, Nuri İyem) 1976 - Melda Kaptana Sanat Galerisi. "Karma Sergi." (30 Ocak) 1976 - Maçka Sanat Galerisi, İstanbul. "Beş Gerçekçi Türk Ressamı." 1978 - Ayvalık Sanat. (Cihat Burak, Devrim Erbil) 1979 - Bedri Rahmi Galerisi. "Yılsonu Karma Sergisi." 1980 - Bedri Rahmi Galerisi. "Uluslararası Af Örgütü Karma Sergi". 1980 - Galeri Baraz, "Türk Resminde Natürmort." 1980 - Modül Sanat Galerisi, "Seramik, Resim Karma Sergi". 1980 - Bedri Rahmi Galerisi. "Yılsonu Resim Sergisi." 1981 - İm Sanat Galerisi, "Karma Sergi."

Kitabları 1981 - Cardonlar, öykü, Ada Yayınları 1992 - Yakutiler, öykü, Simavi Yayınları 2003 - Zenci kalınız!, öykü, Yapı Kredi Yayınları

İstinadlar

Kateqoriya:Türkiyə rəssamları Kateqoriya:Türkiyə yazıçıları Kateqoriya:Türkiyə memarları Kateqoriya:XX əsr Türkiyə yazıçıları Kateqoriya:İstanbul Dövlət İncəsənət Akademiyasının məzunları