IMT Atlantik (tam adı: Bretan – Pei-de-la-Luar Mədənçilik-Telekommunikasiya Atlantik Ali Milli Məktəbi) Fransanın aparıcı mühəndislik ali məktəblərindən (fransızca: grandes écoles) biridir.
2017-ci ildə Nant Ali Mədənçilik Milli Məktəbinin və Bretan Ali Telekommunikasiya Milli Məktəbinin birləşməsi ilə yenidən təşkil olunmuşdur. Üç kampusdan ibarətdir: Brest, Nant, Ren. Məktəb Mədənçilik-Telekommunikasiya İnstitunun tərkibindədir.
IMT Atlantik tətbiqi riyaziyyat, telekommunikasiya və enerji sahələrində ixtisaslaşmış unikal ümumi mühəndislik diplomu təklif edir.
Fransada "grande école" universitetlərdən daha nüfuzlu hesab edilən ali təhsil müəssisələridir və onlara qəbul universitetlərdən fərqli olaraq çox selektivdir.
Abituriyentlər mühəndislik məktəbinə daxil olmaq üçün ilk öncə ali məktəblərə hazırlıq siniflərini (fransızca: classes prépas) bitirməli, daha sonra isə Mədənçilik-Körpüsalma xətti üzrə nəzərdə tutulan ümumi müsabiqədə iştirak etməli və qəbul imtahanında nəticə göstərməlidir.
IMT Atlantik Fransa Politexnik Məktəbinin tətbiqi təhsil ocaqlarından biridir.
Kiçik kontigentinə (2000-dən az tələbə) baxmayaraq, universitet həm yerli, həm də beynəlxalq reytinqlərdə daim yüksək yerlərdədir.
Tarixi Bretan Telekommunikasiya Ali Milli Məktəbi, səs-küylü rabitə kanalı üzərindən rəqəmsal məlumat ötürülməsi zamanı baş verən səhvləri düzəltməyə qadir olan paralel birləşdirilmiş sistematik kod olan turbo kodun ixtirası ilə məşhurdur.
2012-ci ildə Mədənçilik-Telekommunikasiya İnstitutu yaradıldı. Nant Mədənçilik və Bretan Telekommunikasiya Ali Məktəblərinin yeni yaradılan institutun tərkibinə qatılması 2014-cü ildə nəzərdə tutulurdu. Birləşmə hər iki məktəb tərəfindən 24 mart 2015-ci ildə razılaşdırıldı.
Yeni qurum 1 yanvar 2017-ci ildə fəaliyyətə başlayıb.
2 fevral 2017-ci ildə IMT Atlantik və Bretan Qabaqcıl Texnologiyalar Milli Məktəbinin direktorları Müdafiə naziri Jan-İv Le Drianın iştirakı ilə iki qurum arasında tərəfdaşlıq müqaviləsi imzaladılar. Saziş qısa və orta müddətdə təlim, tədqiqat, innovasiya və beynəlmiləlləşmə sahələrində birgə fəaliyyətlərin həyata keçirilməsini və mühəndislik mərkəzinin yaradılmasını nəzərdə tuturdu.
Tədris
Ümumi mühəndis IMT Atlantik, əsasən, Mədənçilik-Körpüsalma xətti üzrə nəzərdə tutulan ümumi müsabiqə (fransızca: Concours Commun Mines-Ponts) imtahanından keçmiş tələbələrə yönəlmiş unikal ümumi mühəndislik təlim proqramı təklif edir.
Şagird-mühəndis Ali məktəb, Bretan regional hakimiyyət orqanları və Pei-de-la-Luar bölgəsi ilə əməkdaşlıq çərçivəsində iş yerində öyrənmə prinsipi ilə üç şagird-mühəndis təlim proqramı təklif edir.
Sənaye sistemlərinin rəqəmsal transformasiyası, Proqram təminatı mühəndisliyi, Kompüter elmləri, şəbəkələr və telekommunikasiya
Beləki, tələbələr təhsil müddəti boyunca semestrin yarısını şirkətlərdə, yarısını isə ali məktəbdə keçirərək əldə edilən nəzəri biliklərin necə tətbiq edildiyini də öyrənmiş olur.
Ali məktəbdə magistr dərəcəsi üzrə hazırda aşağıdakı ixtisaslaşma və istiqamətlər təklif olunmaqdadır:
Magistrlər
Elmlər magistri (Master of Science) İnformasiya texnologiyaları Yol rabitəsi sistemi və şəbəkə mühəndisliyi Verilənlər elmi Əşyaların interneti üzrə Memarlıq və Mühəndislik İstehsal, logistika və satınalmaların idarə edilməsi Təchizat zəncirlərinin və nəqliyyatın idarə edilməsi və optimallaşdırılması Proses və bioproses mühəndisliyi Ətraf mühit və enerji mühəndisliyi üzrə layihə menecmenti Nüvə mühəndisliyi Qabaqcıl nüvə tullantılarının idarə edilməsi Nüvə enerjisi istehsalını və tətbiqi sənaye Tətbiqi tibb Erasmus Mundus birgə magistr dərəcəsi Ətraf mühit və enerjinin idarə edilməsi və mühəndisliyi Təhlükəsiz və etibarlı nüvə tətbiqləri Magistr dərəcələri İnnovasiya menecmenti Elektronika, elektrik enerjisi və avtomatlaşdırma Kompleks sistem mühəndisliyi Fundamental fizika İnformasiya texnologiyaları Aktuariat Proses və bioproses mühəndisliyi Kompüter elmləri
Postmagistr dərəcələri
Kibertəhlükəsizlik Dəniz və liman sistemlərinin kibertəhlükəsizliyi Bulud infrastrukturu və DevOps İT Bankçılıq və aktuar qərar qəbuletmə Bərpa olunan dəniz enerjiləri
Doktorantura proqramı IMT Atlantik, Bretan və Pei-de-la-Luar bölgələrindəki birgə akkreditasiyalı beş doktorantura məktəbi daxilində 30 doktorantura ixtisasını əhatə edir.
Akademik reytinq Ali məktəb, mövcud olduğu ilk ildən etibarən Fransanın nüfuzlu "L'Etudiant" reytinq siyahısında A+ qrupuna daxil olmuş və bununla da Fransanın ən yaxşı 10 mühəndislik məktəbi arasında yer almışdır. 2025-ci ildə isə 3-cü yerdə qərarlaşmışdır.
Beynəlxalq səviyyədə, IMT Atlantik, 2025-ci il THE (ingiliscə: Times Higher Education) reytinqinə görə dünya universitetləri üzrə 400-lükdə, mühəndislik üzrə isə ilk 200-lükdə yer almaqdadır. IMT Atlantik, ixtisaslaşmada 2025-ci il QS reytinqinə görə ilk 100-lükdədir.
Kampusları
Brest kampusu Dəniz sahilində, Pluzanedə yerləşən Brest kampusu 24.14 hektar ərazidə yerləşən Brest-Iruaz texnologiya mərkəzinin bir hissəsidir. Buraya ali məktəbin binaları, idman qurğuları (idman zalları, stadionlar, tennis kortları, ağırlıqqaldırma zalı və rəqs studiyası), restoran, tələbə yataqxanası, inkubator və astronomik rəsədxana daxildir.
Nant kampusu 13.15 hektar ərazini əhatə edən kampus, "Atlanpole" texnologiya mərkəzində, Erdr çayının sahilində "Chantrerie" kampusunda yerləşir. Buraya məktəb binaları, idman qurğuları (idman zalları, stadionlar, tennis kortları və ağırlıqqaldırma zalı), restoran, tələbə yataqxanası və akademik inkubator daxildir. Ali məktəbin şəhər mərkəzində də tələbə yataqxanası da var.
Ren kampusu Kampus Seson-Sevinyedə yerləşir. "Orange", "Technicolor" kimi böyük şirkətlərə, eləcə də görüntü emalı, İT şəbəkələri, əşyaların interneti və kibertəhlükəsizlik (Acklio, Broadpeak, Enensys, NexGuard, Kerlink) kimi geniş sahələrdə fəaliyyət göstərən digər əsas şirkətlərin tədqiqat və inkişaf mərkəzlərinə, həmçinin "b<>com" texnoloji tədqiqat institutuna yaxındır. Üçüncü kursda tələbələr "Şəbəkələr", "Beynəlxalq Biznes" və "Biznes və Maliyyə" üzrə də ixtisaslaşa bilər. Kampus məktəb binalarından, tələbə yataqxanasından və inkubatordan ibarətdir.
İstinadlar