Kanadanın Türkiyə və Azərbaycandakı səfirliyi — Kanadanın Azərbaycanda və Türkiyədə diplomatik nümayəndəliyi. Səfirlik Kanadanın rəsmi nümayəndəliyi olaraq Türkiyə və Azərbaycan arasında diplomatik münasibətlərə aid bütün məsələləri əhatə edir. O, Kanadanın siyasi, iqtisadi, maliyyə və hüquqi məsələlər, eləcə də elm, təhsil, mədəniyyət və s. sahələrində maraqlarını Türkiyədə və Azərbaycanda təmsil edir.
Əlavə olaraq İstanbulda Kanadanın Baş Konsulluğu fəaliyyət göstərir. Viza müraciətlərinə İstanbuldakı Baş Konsulluq (və ya səlahiyyətli viza mərkəzləri) vasitəsilə baxılır, Ankaradakı səfirlik isə rəsmi prosedurlar və diplomatik əlaqələr üçün vacibdir.
Kanada ilə Azərbaycanın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) və Birləşmiş Millətlər Təşkilatına (BMT) birgə üzvlüyü qarşılıqlı maraq doğuran məsələlərdə əməkdaşlığa kömək edir.Canada - Azerbaijan Relations
2024-cü ildən Kanadanın Azərbaycanda və Türkiyədə fövqaladə və səlahiyyətli səfiri Kevin Hamiltondur.
Tarixi Türkiyə — Kanada diplomatik əlaqələri Kanada ilə Türkiyə arasında ikitərəfli əlaqələr 1943-cü ilin iyununda qurulub. 1947-ci ildə Kanada Türkiyəyə ilk səfirini təyin etdi. Hər iki ölkə NATO, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq təşkilatlarda əməkdaşlıq edir. Bundan əlavə, hər iki ölkə Avropa Şurasında müşahidəçi statusuna malikdir.Canada - Turkey Relations
Azərbaycan — Kanada diplomatik əlaqələri Kanada Azərbaycan Respublikasının müstəqilliyini 1991-ci il dekabrın 25-də tanıyıb. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci il avqustun 10-da qurulub.
Kanadanın Türkiyədəki səfirliyi Kanadanın Azərbaycandakı maraqlarını təmsil edir və Kanadanın Türkiyədəki səfiri Azərbaycanda akkreditə olunub.
2004-cü ildə Azərbaycanın Ottavada səfirliyi açılıb.
Parlamentlərarası əlaqələri Azərbaycan Milli Məclisində Azərbaycan — Kanada işçi qrupu fəaliyyət göstərir. Həmçinin 2006-cı ilin noyabr ayında Kanada Parlamentində Kanada —Azərbaycan Parlamentlərarası Dostluq qrupu yaradılmışdır.В парламенте Канады создана группа дружбы с Азербайджаном
Kanadanın Azərbaycan və Türkiyədəki səfirləri Kanadanın Azərbaycanda və Türkiyədəki səfiri Kanadanı bu ölkələrdə təmsil edən ən yüksək diplomatik vəzifəli şəxsdir.
Səfir Müddət başlanğıcı Müddətin sonuİv BrodeurAZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV KANADANIN ÖLKƏMİZDƏ YENİ TƏYİN OLUNMUŞ SƏFİRİNİN ETİMADNAMƏSİNİ QƏBUL ETMİŞDİR 2016 2010 Mark Beyli 2010 2012Con Holms 2012 2016 Kristofer Con KuterPrezident İlham Əliyev Kanadanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib 2016Kevin Hamilton 2024 —
Kanada Viza Müraciyyət mərkəzi Bakıda Kanada Viza Müraciyyət mərkəzi fəaliyyət göstərir. Kanadaya səfər etmək istəyən Azərbaycan Respublikasının vətəndaşları viza rəsmiləşdirilməsi üçün bu mərkəzə aşagıda göstərilən sənədləri təqdim etməlidirlər:
Xarici pasportu və surəti Əvvəlki vizaların və giriş-çıxış möhürlərinin surətləri Şəxsiyyət vəsiqəsi və surəti İş yerindən arayış və maaş kartından çıxarış. Təhsil alanlar üçün təhsil müəssisəsindən arayış Adında olan bank hesabından arayış və çıxarış Mülki vəziyyətini təsdiq edən sənəd (nikah şəhadətnaməsi, uşaqların doğum şəhadətnamələri) 5x4. 5 ölçüdə ağ fonda çəkilmiş şəkil Avia biletin bronları Otel rezervasiyaları İngilis dilində doldurulmuş ərizə formaları Viza rüsumunun ödənildiyini təsdiq edən sənəd İşgüzar səfər üçün vizaya müraciət edilirsə, rəsmi dəvət məktubu
Qeyd olunan sənədlər ingilis dilində təqdim olunmalıdır.
Həmçinin bax Azərbaycanın Kanadadakı səfirliyi
İstinadlar
Xarici keçidlər Embassy of Canada to Türkiye, in Ankara Canada-Türkiye relations Azərbaycanin Kanadaki səfirliyi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Azerbaijan-Canada Relations Facebook Twitter. AzembCanada Twitter. CanEmbTurkiye
Kateqoriya:Kanadanın ikitərəfli əlaqələri Kateqoriya:Kanadanın xarici siyasəti Kateqoriya:Azərbaycanın xarici siyasəti Kateqoriya:Türkiyənin ikitərəfli əlaqələri Kateqoriya:Türkiyənin xarici siyasəti Kateqoriya:Kanada Kateqoriya:Türkiyə Kateqoriya:Azərbaycanın ikitərəfli əlaqələri Kateqoriya:Azərbaycan–Kanada münasibətləri