thumb|sol|Hindistanın coğrafi mövqeyi

Hindistan faunası — Hindistan ərazisi çoxsaylı heyvan növlərinə ev sahibliyi edir. Sahəsi 3.166.414 km² olan ölkə yerləşdiyi coğrafi enliklər, relyef xüsusiyyətləri, hündürlük fərqləri, topoqrafiyası və musson yağışlarının təsiri sayəsində geniş fauna üçün zəruri olan müxtəlif yaşayış mühitlərini təmin edir.

Hindistanın quru və su ərazilərində 2546 balıq növü yayılmışdır ki, bu da dünya miqyasında mövcud olan balıq növlərinin təxminən 11%-ni təşkil edir. Ölkədə qeydə alınmış 167 amfibiya növü isə dünya miqyasında amfibiya müxtəlifliyinin 4,4%-inə bərabərdir. Dünyadakı sürünənlərin təxminən 6%-nin yaşadığı Hindistanda 408 sürünən növü mövcuddur. Bundan əlavə, ölkə ərazisində yayılmış 1250 quş növü dünya quş növlərinin təxminən 12%-ni təşkil edir.

Hindistan eyni zamanda 410 məməli növünə ev sahibliyi edir ki, bu da dünya miqyasında məməli müxtəlifliyinin təqribən 8,86%-nə müvafiq gəlir.

Qalereya

İstinadlar

Ədəbiyyat siyahısı

SPECIES CHECKLIST: Species Diversity in India; ENVIS Centre: Wildlife & Protected Areas (Secondary Database); Wildlife Institute of India (WII) Biodiversity of India: List of all mammals of India and their taxonomic status based on data from the IBIN Portal, Encyclopedia of Life and Catalogue of Life 2010 checklist. ENVIS Centre: Wildlife & Protected Areas (Secondary Database); Wildlife Institute of India (WII) ENVIS Centre on Conservation of Ecological Heritage and Sacred Sights of India ; ENVIS; C.P.R. Environmental Education Centre is a Centre of Excellence of the Ministry of Environment and Forests, Government of India.

Xarici keçidlər

Tata Energy Research Institute Alliance for Zero extinction The official Indian Environment information site Biodiversity of India, a community-driven, Mediawiki based initiative to document the biodiversity of India.

Kateqoriya:Hindistan faunası Kateqoriya:Cənubi Asiya faunası