Alnilam — Orion bürcündə yerləşən ulduz. Alnilam, +1.69 böyüklüyündə mavi supernəhəngdir və ən parlaq ulduzlardan biridir. Parlaqlığına görə səmada 30-cu, Orion bürcündə isə 4-cü yerdədir. Mintaka və Əlnitak ulduzları ilə birlikdə bir çox qədim mədəniyyətlərdə müxtəlif adlarla tanınan Orion kəmərini əmələ gətirir. Alnilam (ε Orionis) bu asterizmdə orta ulduzdur.

Alnilam səma naviqasiyasında istifadə edilən 58 ulduzdan biridir. Orta enliklər üçün Alnilam 15 dekabr gecə yarısı səmada ən yüksək mövqeyinə çatır.

Nisbətən sadə spektri bu ulduzu ulduzlararası mühiti öyrənmək üçün faydalı edir. Növbəti milyon il ərzində qırmızı supernəhəngə çevriləcək və supernova kimi partlayacaq. Alnilam işıqlandırdığı və parlaq əks etdirmə dumanlığı yaradan NGC 1990 molekulyar buludu ilə əhatə olunmuşdur. Ulduzun ulduz küləyi 2000 km/s sürətə çata bilər ki, bu da Günəşinkindən 20 milyon dəfə çox kütlə itkisinə səbəb olur.

Alnilam adı ərəb mənşəlidir və "An-Niżām" sözündən gəlir, mənası "mirvari sırası" və ya "boyunbağı" deməkdir. Bu ad Orionun Kəməri ulduzlarının düz xətt üzrə düzülməsi ilə əlaqəlidir.

Xüsusiyyətlər Ulduz tipi: Spektral sinfi B0 Ia (mavi supernəhəng) Parlaqlıq (Vizuallıq dərəcəsi): +1.69 (çılpaq gözlə asanlıqla görünür) Məsafə: Təxminən 2,000 işıq ili Temperatur: Təxminən 25,000 K Kütlə: Günəşin təxminən 40 dəfə çoxu Şüa: Günəşdən təxminən 30 dəfə böyük 8 Parlaqlıq: Günəşdən 275,000 dəfə daha parlaq Yerəşdiyi bürc: Orion Kütlə itkisi: Alnilam güclü ulduz küləkləri səbəbindən böyük miqdarda kütlə itirir.

İstinadlar

Xarici keçidlər Alnitak, Alnilam, Mintaka 12 dekabr 2014

Kateqoriya:HR cisimləri Kateqoriya:HIP obyektləri Kateqoriya:B tipli ulduzlar Kateqoriya:Ərəb dilində sözlər və ifadələr