Yığın paradoksu (bəzən Sorites paradoksu kimi də tanınır) — qeyri-müəyyən predikatlardan irəli gələn bir paradoks. Tipik formalaşdırmada qum yığını tək-tək dənələr çıxarılmaqla azaldılır. Belə bir fərziyyə qəbul olunur ki, bir dənənin çıxarılması yığının artıq yığın hesab olunmamasına səbəb olmur. Paradoks isə bu proses kifayət qədər çox dəfə təkrarlanaraq yalnız bir dənə qaldıqda nə baş verdiyini, yəni bunun hələ də yığın olub-olmadığını soruşur. Əgər deyilsə, o zaman sual yaranır: yığın hansı məqamda yığın olmaqdan çıxıb?
İlkin formalaşdırma Sorites sözü () yunan dilində “yığın” mənasını verən sözdən () törəmişdir. Paradoks bu adla tanınır, çünki onun ilkin forması Miletli Evbulidə aid edilir., , Paradoksun forması belədir: bir qum yığınını təsəvvür edin ki, ondan qum dənələri bir-bir çıxarılır. Arqument aşağıdakı premislərdən qurula bilər:
qum dənəsi qum yığınıdır. (Premis 1) Bir qum yığınından bir dənə çıxarıldıqda o, hələ də yığındır. (Premis 2)
Premis 2-nin təkrar-təkrar tətbiqi (hər dəfə bir dənə azaldılmaqla) sonda belə bir məntiqi nəticəni qəbul etməyə məcbur edir ki, yığın cəmi bir qum dənəsindən ibarət ola bilər.
Read (1995) qeyd edir ki, “arqumentin özü də modus ponens addımlarından ibarət bir yığın, yəni soritesdir”:Read, Stephen (1995). Thinking About Logic, s. 174. Oxford. .
dənə yığındır. Əgər dənə yığındırsa, onda dənə də yığındır. Deməli, dənə yığındır. Əgər dənə yığındırsa, onda dənə də yığındır. Deməli, dənə yığındır. Əgər ... ... deməli, dənə də yığındır.
Halbuki bir qum dənəsi qum yığını hesab edilmir. Buna görə də arqument zahirən etibarlı və premisləri məqbul görünsə də, yalnış nəticəyə gətirib çıxarır. Bu isə onu “paradoks” adlandırmağa əsas verir (akademik mühitdə “paradoks” anlayışının bu tərifi hamı tərəfindən qəbul edilməsə də).
İstinadlar
Biblioqrafiya
; Sect.3
Xarici keçidlər
by Dominic Hyde. Sandra LaFave: Open and Closed Concepts and the Continuum Fallacy
Kateqoriya:Semantika Kateqoriya:Fəlsəfi problemlər Kateqoriya:Qədim Yunanıstan fəlsəfəsi