Hacılar — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Hacılar kənd inzibati ərazi dairəsində kənd.

Tarixi Yaşayış məntəqəsi qızılbaşların zülqədər tayfasının hacılar tirəsinə mənsub ailələrin məskunlaşması nəticəsində yarandığı üçün belə adlandırılmışdır. Etnotoponimdir. Gədəbəy rayonunun Hacılar kəndi. Dağətəyi ərazidədir. Yerli məlumata görə, yaşayış məntəqəsinin İmamverdi oğlu Hacı Həzrətqulu adlı şəxs saldığı üçün belə adlanır. Hacının babası Qüdrətqulu xan iranın Güney kəndindən gəldiyi üçün kəndin adı el arasında Güneykənd kimi də işlədilir.

Toponimikası Hacılar oyk., sadə. Ağdaş r-nunun Yuxarı Nemətabad i.ə.v.-də kənd. Şirvan düzündədir; Ağcabədi r-nunun Boyat i.ə.v.-də kənd. Düzənlikdədir; Bərdə r-nunun Mustafaağalı i.ə.v.-də kənd. Qarabağ düzündədir. Yerli əhali arasında Hacallı kimi işlənir; Dağətəyi ərazidədir. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini İmamverdi oğlu Hacı Həzrətqulu adlı şəxs saldığı üçün belə adlanır. Hacının babası Qüdrətquluxan İranın Güney kəndindən gəldiyi üçün kəndin adı el arasında Güneykənd kimi də işlənir; Xaçmaz r-nunun Qalağan i.ə.v.-də kənd. Samur-Dəvəçi ovalığındadır; Laçın r-nunun eyniadlı i.ə.v.-də kənd. Qarabağ yaylasındadır. XIX əsrdə Qarıqışlaq kəndinin binə yerlərindən biri olan bu ərazidə Hacı qəbri adlanan yer də var; Tovuz r-nunun Çatax i.ə.v.-də kənd. Əsrik çayının (Axınca çayının qolu) sahilində, Kiçik Qafqaz dağlarının yamacındadır. Yaşayış məntəqələri qızılbaşların zülqədər tayfasının hacılar tirəsinə mənsub ailələrin məskunlaşması nəticəsində yarandığı üçün belə adlandırılmışdır. Etnotoponimdir.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 589 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.

İstinadlar

Həmçinin bax Gədəbəy rayonu Hacılar oymağı

Xarici keçidlər Azərbaycan Respublikası Gədəbəy Rayon İcra Hakimiyyəti

Kateqoriya:Gədəbəy rayonunun kəndləri