Qalata Mövləvixanası və ya digər adı ilə Qalaqapı Mövləvixanası Türkiyənin İstanbul şəhəri Bəyoğlu səmtində yerləşən köhnə bir mövləvixana. Hal-hazırda Qalata Mövləvixanası muzey adı altında fəaliyyət göstərir.
1491-ci ildə İsgəndər Paşa tərəfindən inşa etdirilən və şəhərdəki ilk mövləvixana olma xüsusiyyətinə malik olan Qalata Mövləvixanasının ilk şeyxi Səmai Məhməd Dədə olmuşdur. 1500-cü illərin ikinci yarısı ilə 1600-cü illərin əvvəlləri arasında Xəlvətilik təriqətinə bağlı bir Zaviyə (ibadətgah) və dərslik olaraq istifadə edildi. Fərqli dövrlərdə aparılan müxtəlif təmir və əlavə işləri nəticəsində Külliyyə halına gəldi. 25 Oktyabr 1925-ci ildə çıxarılan təkkə, Zaviyə (ibadətgah) və türbələrin bağlanması və bəzi unvanların qadağan olunması və ləğv edilməsinə dair qanun çərçivəsində fəaliyyətinə son verildi. Bu dövrdən sonra mövləvixananın əsas tikilisi ibtidai məktəb və yaşayış binası, digər bölmələri isə fərqli məqsədlər üçün istifadə olunmuşdur. Müxtəlif təşəbbüslər nəticəsində muzeyə çevrilmiş və 27 Dekabr 1975-ci ildə Divan Ədəbiyyatı Muzeyi adı ilə ziyarətə açılmışdır. Bu tarixdən sonra zaman-zaman təmir və bərpa işləri aparılmışdır. 2007-ci ildə başlayan son bərpadan sonra, 21 Noyabr 2011-ci ildə Qalata Mövləvixanası Muzeyi adı ilə fəaliyyət göstərməyə başlamışdır.
Bu gün mövləvixana daxilində səmaxana və dərviş otaqlarını əhatə edən əsas bina, Halət Əfəndi Kitabxanası, Səbil və Türbə, Şeyx Qalib Türbəsi, Həsən Ağa Çeşməsi, su çəni, səssizlik yeri, Adilə Sultan Şadırvanı və çamaşırxana mövcuddur. Tarixi thumb|upright=1|Qalata Mövləvixanasındakı dərvişlərin yemək yeyərkən göstərən Jan Baptist Vanmora aid tablo Mövləvixana inşa edilməzdən əvvəl ağaclarla örtülü olan və Bizans İmperiyası dövründən qalan Əziz Tdore Monastırının da daxil olduğu ərazi, Osmanlı imperiyasının Padşahı II Bəyazid dövründə bostancıbaşı və Bəylərbəyi vəzifələrində çalışmış İsgəndər Paşaya ayrılmış, burada isə bir ov təsərrüfatı qurulmuşdur Yücel, Erdem (Sonbahar 1979). Afyonqarahasar Mövləvixanası şeyxi Səmai Məhməd Dədənin burada bir Xanəgah qurmaq istəyi nəticəsində 1491-ci ildə İsgəndər Paşa tərəfindən mövləvixananın inşasına başlanmışdır . Ruməli Əyaləti sərhədlərində yerləşən, Ədirnəyə bağlı Vize (Kırklareli) qəzasının Qarabürçək kəndinin gəlirləri də İsgəndər Paşa tərəfindən mövləvixanaya vəqf edildiDayıoğlu, Server (Nisan 2003). Şəhərdəki ilk mövləvixana olma xüsusiyyətinə malik bu ilkin tikilidən yalnız Övliya Çələbinin Səyahətnamə (Övliya Çələbi) əsərində bəhs olunur, əsərə görə İsgəndər Paşa yüz dərviş otağı ilə əhatə olunmuş, ətrafı nəzarət edən və mənzərəli bir həyət inşa etdirmişdir.
thumb|left|upright=1.09|Qalata Mövləvixanasının ön fasadını göstərən 18-ci əsrə aid bir qravür Qurulandan sonra mövləvixananın şeyxliyinə keçən Səmai Məhməd Dədə bu vəzifəni təxminən bir il icra etdikdən sonra, 1492-ci ildə Afyonqarahisara qayıdarkən yerini müvəqqəti olaraq İsgəndər Paşanın vəqflərinin katibi olan Əli Safai Dədəyə buraxdı. Əli Səfai Dədənin 1548-ci ildə vəfatından sonra şeyxliyə Mahmud Dədə gəldi. Mahmud Dədənin dövründə mövləvixana baxımsız qaldı və Xəlvətilik təriqətinin əlinə keçərək Zaviyə (ibadətgah) və dərslik kimi istifadə olundu. 1608-ci ildə Konyadan gələn Abdi Dədə Mahmud Dədənin yerinə keçməsi ilə bina yenidən mövləvixana kimi fəaliyyət göstərməyə başladı. 1510-cu ildə Kasımpaşa (İstanbul)da yerləşən öz torpağı üzərində bir mövləvixana tikmək məqsədilə buradan ayrılan Abdi Dədənin yerinə, Konyadan İstanbula postnişin kimi təyin olunan İsmayıl Rusühi Dədə gəldi. Bu vəzifə dəyişikliyindən sonra Abdi Dədə şəhərin üçüncü mövləvixanası olan Kasımpaşa Mövləvixanasını qurmuşdu . Ankaralı olması səbəbilə İsmayıl Ankaravi adı ilə də tanınan şeyxə, Məsnəvinin ən qədim türkcə şərhini yazdığı üçün Həzrəti Şərih ünvanı verilmişdir. 1631-ci ildə vəfatınadək vəzifəsini davam etdirən İsmayıl Rusühi Dədənin türbəsi mövləvixananın həyətində yerləşir . Onun yerinə gələn Adəm Dədə dövründə 1649-cu ildə, mətbəx əmiri (mətbəxdən məsul şəxs) Həsən Ağa tərəfindən iki çeşmə inşa etdirilmişdir. Bu çeşmələrdən biri həyətə, digəri isə mövləvixananın aşağı tərəfində yerləşən Lüləci Xəndək küçəsinin küncünə salınmışdır. 1650-ci ildə dərsanə və mətbəx əmiri İsmail Əfəndi tərəfindən mövləvixanada bir sıra abadlıq (təmir) işləri də həyata keçirilmişdir . 1652-ci ildə Adəm Dədənin həcc ziyarəti üçün şəhərdən ayrıldıqdan sonra Misirdə vəfat etməsi üzərinə onun yerinə Ərzi Məhməd Dədə təyin olundu. 1664-cü ildə vəfat edən Ərzi Məhməd Dədə də mövləvixananın həyətindəki qəbiristanlıqda dəfn edildi. Onun yerinə təyin edilən Dərviş Çələbi vəzifəsini icra edə bilmədiyinə görə, bu vəzifəni Naci Əhməd Dədə üzərinə götürdü. 1668-ci ildə Konyadan gələn göstəriş əsasında şeyxlik vəzifəsinin ləğv edilməsindən sonra Dərviş Çələbi ikinci dəfə bu vəzifəni yenidən icra etməyə başladı. Təxminən bir il müddətində vəzifəsini davam etdirən Dərviş Çələbi, mövləvixana tarixində iki fərqli dövrdə fəaliyyət göstərən ilk şeyx olmuşdur .
1668-ci ildə şeyxlik vəzifəsinə Qövsi Əhməd Dədə gətirildi. Təxminən 29 il bu vəzifəni icra edən Qövsi Əhməd Dədə, 1697-ci ildə vəfat etdikdən sonra səmaxananın giriş hissəsində dəfn olunmuşdur . Onun yerinə kürəkəni və 18 il ərzində mövləvixananın neyzenbaşı (ney ifaçılarının başçısı) olmuş Osman Dədə təyin edildihttp://isamveri.org/pdfdkm/15/DKM150069.pdf| biçim = PDF| başlık = Kutbu'n-Nâyî Osman Dede'nin şiirleri| ilk = Müjgan| son = Çakır| tarih = 1999| dergi = İlmî Araştırmalar Dergisi| sayı = 8| sayfalar =307-313|erişimtarihi= 14 Şubat 2014|arşivurl= https://web.archive.org/web/20140221224555/http://isamveri.org/pdfdkm/15/DKM150069.pdf%7Car%C5%9Fivtarihi%3D 21 Şubat 2014| ölüurl = hayır. 1730-cu ilin əvvəllərində vəfat edən Osman Dədənin yerinə oğlu Sırrı Əbdülbaki Dədə keçdi, Osman Dədənin cənazəsi isə qayınatası Qövsi Əhməd Dədənin yanında dəfn olundu. Sırrı Əbdülbaki Dədə də 1751-ci ildəki vəfatından sonra atasının yanında torpağa tapşırıldı. Bu dövrdən sonra şeyxlik başqa bir ailəyə keçdi. Əvvəlcə 1751–1761-ci illər arasında Məhməd Şəmsəddin Dədə mövləvixananın başına gətirildi. Onun vəfatından sonra mövləvixanada dəfn edilən Məhməd Şəmsəddin Dədənin yerinə qardaşı İsa Dədə təyin olundu . İsa Dədə dövründə 1766-cı ildə baş verən Topxana yanğını nəticəsində Qalata Mövləvixanası da yanaraq istifadəyə yararsız hala düşdü. Elə həmin il padşah III Mustafanın əmri ilə bina əmiri təyin edilən Yenişəhərli Osman Əfəndi tərəfindən mövləvixana yenidən inşa etdirildi Belge, Murat (1993). İstanbul Gezi Rehberi (10. bas.). Tarih Vakfı Yurt Yayınları. s. 235. ISBN 9789753330022. 1771-ci ildə İsa Dədənin vəzifəsini kürəkəni Səlim Dədəyə təhvil verdi. 1777-ci ildə Səlim Dədə vəfat edərək həyətdəki türbədə dəfn olundu, Kasımpaşa Mövləvixanasından gələn oğlu Məhməd Sadiq Dədə isə Qalata Mövləvixanasının yeni şeyxi oldu. Təxminən bir il vəzifəsini icra edən Məhməd Sadiq Dədə, tutduğu vəba xəstəliyindən vəfat etdi və həyətdəki hamüşanda dəfn olundu.
thumb|upright=1.14|Mövləvixanadakı dərvişləri göstərən bir foto, 1870 "Derviches tourneurs" (Fransızca). turquie-culture.fr. 19 Ekim 2011 tarihinde kaynağından arşivlendi. Erişim tarihi: 9 Aralık 2014. 1778-ci ildə Qalata Mövləvixanasının başına Qahirə Mövləvixanasından gələn Seyyid Əbdülbaki Dədə təyin edildi. Konya Mövləvixanasında aşbaz olan Hüseyn Dədə 1781–1782-ci illərdə, yenə Konyadan gələn Bakkalzadə Əli Dədə isə 1782–1786-cı illərdə şeyxlik etdi. Bakkalzadə Əli Dədənin şeyxliyinin ləğv edilməsindən sonra yerinə təyin olunan Üsküdarlı Numan Dədə, 1790-cı ildə Üsküdar Mövləvixanasını qurmaq məqsədilə buradan ayrıldı. Şeyxlik Abdullah Dədəyə verilsə də, onun gəlişinin səyahəti zamanı vəfat etməsi üzərinə vəzifəni vəkalətən Bakkalzadə Əli Dədə icra etdi. Abdullah Dədənin cənazəsi isə mövləvixananın hamüşanında dəfn edildi. 9 iyun 1791-ci ildə şeyxliyə Məhməd Əsəd Qalib Dədə (Şeyx Qalib olaraq da tanınır) təyin edildi. Bu dövrdə səmaxana yenidən inşa edilərkən, taxta dərviş otaqları da yeniləndi. Bu təmir işləri ilə əlaqədar olaraq 1791-ci il tarixinə malik bir kitabə də girişdəki tac qapıya həkk olundu. 1798-ci ildə vəfat edən Qalib Məhməd Əsəd Dədə həyətdə yerləşən türbəyə dəfn olundu.
thumb|left|upright=1.05|Mövləvixananın köhnə görünüşü 1798–1800-ci illər arasında Məhməd Rühi Dədə, daha sonra 1816-cı ildə Beşiktaş Mövləvixanasına keçənə qədər Mahmud Dədə vəzifəni icra etdi. 1816-cı ildə vəzifəyə gələn Qüdrətullah Dədə dövründə 1819-cu ildə Halet Əfəndi tərəfindən, bir tərəfi küçəyə baxan iki mərtəbəli muvakkitxana, sebil və kitabxana, həmçinin öz türbəsi inşa edildi, taxtadan hazırlanmış İsmayıl Ankaravinin türbəsi yenidən quruldu, bağa mərmər döşəndi, qəbiristanlığa isə yaldızlı mis qoruyucu səddlər əlavə edildi. Halət Əfəndi 1819-cu ildə 266 cild, 1821-ci ildə 547 cild olmaqla toplam 813 əsəri kitabxanaya bağışladı. Kitabxananın idarəsi, kitabların qorunması, işçilərin maaşı və dədəların rifahı üçün isə əksəriyyəti Yunanıstanda olan torpaq və fermalarını vəqf etdi. 1824-cü ildə baş verən yanğın nəticəsində mətbəx, məscid və doqquz dərviş otağı istifadəyə yararsız hala gəldi. Qüdrətullah Dədə, 1828-ci ildə baş vəzirə yazdığı ərizədə dərvişlərin hələ çadırlarda qaldığını, çadırlardakı vəziyyətin yararsız olduğunu bildirərək tədbir görülməsini istədi və 10 noyabr 1828-ci ildə baş vəzirdən gələn cavabla padşah tərəfindən yeni çadırlar verilməsi qərara alındı. Daha sonra Manas Kalfa tərəfindən aparılan təmir işləri 1835-ci ildə tamamlandı. 1847-ci ildə padşah II Mahmudun qızı Adilə Sultan tərəfindən mövləvixanəyə su çəni, abdəst və paltaryuyan otağı inşa etdirildi. 1851-ci ildə Padşah Əbdülməcid isə Həsən Ağa Çeşməsini təmir etdirdi və mətbəxi bərpa etdi. 1859-cu ildə isə səmaxana, salamlıq və dərgah otaqları olan əsas bina günümüzdəki formasında inşa edildi. 1871-ci ildə Qüdrətullah Dədə vəfat etdikdən sonra, Halət Əfəndi tərəfindən tikilmiş türbəyə dəfn edildi və yerinə oğlu Ataullah Dədə şeyx təyin olundu. Bu dövrdə mövləvixanaya gələn və burada çalışan şəxslərin sayı artdı, 1885-ci il əhalisinin siyahısına görə burada 36 nəfər mövcud idi. Evkaf Nəzarətinin qərarı ilə çıxarılan 12 fevral 1908-ci il tarixli fərman əsasında 21150 quruşluq təmir xərci İsgəndər Paşa vəqfindən qarşılanmaqla, mövləvixana bir daha təmir edildi. 1909-cu ildə, sağlamlıq problemlərinə görə Vələd Çələbini vəkili təyin edən və 1910-cu ildə vəfat edən Ataullah Dədə, atası Qüdrətullah Dədənin yanına dəfn edildi. Yerinə isə məvləvixananın son şeyxi olan Əhməd Cəlaləddin Dədə təyin edildi. Bağlanması və mövləvixana xaricindəki istifadələri thumb|upright=0.82|Mövləvixana daxilindəki kitabxananın Təpəbaşı Polis Karakolu kimi istifadə olunduğu dövrdə, binanın giriş hissəsinin görünüşü