Şilolu Axiya (; )Vilhelm Gezenius bu adı "Yehovanın dostu" kimi qələmə verir və beləliklə hərfi mənada işlənən "qardaş" sözünü "dostluq" kimi metaforik mənada olduğunu qəbul edir. — Tanaxın Birinci Padşahlar Kitabında qeyd edildiyi kimi, Süleymanın dövründə Şiloda yaşamış levili peyğəmbər. Axiya Yarovama onun padşah olacağını qabacaqdan söyləmişdir (1-ci Padşahlar 11:29).

Tanax kitabında Axiyanın gələcək barədə iki xəbər verdiyi bildirilir. 1-ci Padşahlar 11:31–39 hissəsində o, şimalda yaşayan on qəbilənin Süleymanın Birləşmiş İsrail krallığından ayrılacağını və onlar Şimal krallığını quracağını bildirir. 1-ci Padşahlar 14:6–16 hissəsində Axiyanın Yarovamın arvadı ilə paylaşdığı öncəgörməsi bildirir ki, kralın oğlu vəfat edəcək, Yarovam sülaləsi dağılacaq və İsrail yıxılacaq və "çayın o tərəfinə" sürgün ediləcək (sonuncu Fərat çayının şərq torpaqlarına verilən addır).

İkinci Salnamələr Kitabına görə, Axiya həmçinin Süleymanın hakimiyyəti haqqında məlumatları özündə əks etdirən "Şilolu Axiyanın peyğəmbərliyi" adlı bir kitab da yazıb.İkinci Salnamələr Kitabı 9:29 Lakin bu mətn günümüzə qədər gəlib çatmayıb və Müqəddəs Kitabda istinad edilən qeyri-kanonik kitablardan biridir. 1-ci Padşahlar 11:41 hissəsində kitabın adı "Süleymanın əməlləri" kimi qeyd olunub.

Ravvin ənənəsinə görə, Axiya o qədər uzun ömür sürmüşdür ki, onun ömrü Metuşelah və Adəm kimi daşqınlara qədərki patriarxların uzunömürlüyü ilə müqayisə oluna bilər.Babil Talmudu. Bava Batra 121b

Ravvin ədəbiyyatında Şilo peyğəmbəri Axiya, Yarovamın müstəqil olmağa təhrik etmiş və onun padşahlığının gələcək süqutunu əvvəlcədən bildirmişdir. 2-ci Salnamələr 9:29 hissəsində Axiya Yarovamın dövründə son dərəcə yaşlı (1-ci Padşahlar 14:4) və heç bir nəsil şəcərəsinə sahib olmayan biri kimi təsvir olunub, buna əsaslanan Midraş Axiyanı Şaul padşahın dövründə Şiloda kahin olan Ahitubun oğlu Ahiya ilə eyniləşdirir (1-ci Şamuil 14:3). Ravvin ənənəsinə görə, o, bəşəriyyətin bütün tarixini əhatə edən yeddi uzunömürlü saleh şəxslərdən biri kimi tanınır; onların hər biri müqəddəs bilikləri sələfindən varislərinə ötürmüş və eyni zamanda öz dövrünün nəsillərini təqvaları ilə qorumuşdur. Digər 6 müqəddəs Adəm, Metuşelah, Sam (Tanna debe Eliyahu R., fəsil XXIV), Yaqub (Bereşit Rabba, fəsil XCIV), Aşerin qızı Serah (və ya başqaların fikrincə, Musanın atası Amram) və Məsihin gəlişinə qədər yaşayan peyğəmbər İlyasdır (Avot de-Rabbi Natan, versiya B, Seder Olam Rabba, fəsil I və Bava Batra 121b). Bu ənənəyə görə, Axiya altı yüz ildən çox yaşamış və "müdrikliyini" ya Musanın atası Amramdan, ya da Aşerin qızı Serahdan almışdır.

Onun "müdriklik" mənbəyi Serah idisə, deməli, onun yaşı xeyli kiçik idi, çünki qadının Davudun dövrünə qədər dörd yüz ildən çox yaşadığı güman edilirdi (Yalkut Şimonu, § 152). Axiyanın bu qədər qeyri-adi qoca yaşa çatdığı düşünülməsinin səbəbi çox güman ki ona görədir ki, 2 Salnamələr 9:29 ayəsində Süleymanın hakimiyyət tarixinin onun tərəfindən yazıldığı qeyd edilir və ehtimal olunur ki, onun padşah Davudun Tanrının evi və təqdis olunmuş əşyaların xəzinələrinə nəzarət etmək üçün təyin etdiyi levili Axiya ilə eyni şəxs olub (1 Salnamələr 26:20; bax: Bava Batra 121b, Raşi).

Şimon bar Yohayın bunları dediyi bildirilir: "Dünyanın sütun kimi xidmət etmək üçün otuz saleh adama ehtiyacı var. Mən və oğlum da onların arasındayıq…və əgər İbrahim öz xidmətləri ilə keçmiş nəsilləri dəstəkləməyi bacarmışdısa, mən Məsihin gəlişinə qədər gələcək nəsilləri dəstəkləyəcəyəm. Əgər İbrahim bunu etməyi bacarmamışdısa, mən Şilolu Axiyanı öz arama daxil edərdim və birlikdə dünyanı xidmətlərimizlə dəstəkləyərdik" (Yaradılış Rabbah xxxv; bax: Sukkah 45b, burada İbrahim və Axiya yerinə kral Yotam qeyd olunur).

İstinadlar

Kateqoriya:Yəhudi Bibliyası peyğəmbərləri Kateqoriya:Solomon Kateqoriya:Padşahlar kitabı şəxsləri