Suona və ya laba və yaxud dənizaşırı fleyta (Çincə: 嗩吶,, pinyin: suǒnà) — Çinmənşəli nəfəsli musiqi aləti. Onun ən yaxın qohumu Avropa şalmeyidir.

Səsi yüksək və zildir. Suona ən çox Çinin şimalında, xüsusən də uzun müddətdir festivallarda və orduda istifadə edilən Şandun və Henan əyalətlərində məşhurdur. Hələ də toy və dəfn mərasimlərində istifadə olunur. Ənənəvi Çin orkestrinin bir hissəsidir və bəzi pop və rok musiqiçiləri tərəfindən, xüsusən də geniş yayılmış "A Man Must Be Strong" (Çincə: 男兒當自強; 1991) mahnısında, Çin rokunun ən böyük hitlərindən biri hesab edilən Cui Jianın məşhur "There Is Nothing" (Çincə: 一无所有; 1986) mahnısında və qrupun daimi üzvü Vu Zekun tərəfindən ifa edilən "Second Hand Rose" qrupunun əksər mahnılarında istifadə olunur.

Çindən kənarda suona xüsusilə Kubada məşhurdur və bura Çin mühacirləri tərəfindən gətirilib.La corneta china

Souna çox güman ki, zurnanın Orta Asiya versiyasından qaynaqlanıb. Çin ədəbiyyatında sonaya istinadlar Min sülaləsinə qədər rast gəlinmir, lakin o vaxta qədər sona artıq Şimali Çində geniş yayılmışdı.

İstinadlar

Ədəbiyyat Wang, Min (2001). The Musical and Cultural Meanings of Shandong Guchuiyue from the People's Republic of China. PhD dissertation. Kent, Ohio: Kent State University. New Grove Dictionary of Music and Musicians, second edition, edited by Stanley Sadie and John Tyrrell (London, 2001). Jones, Stephen (2007). Ritual and Music of North China: Shawm Bands in Shanxi Province. SOAS Musicology Series. Burlington, Vermont: Ashgate Publishing.

Xarici keçidlər

Suona website (Chinese) Suona and Bagpipe Duet – Unique Public Performance, Zhongzi Wu & Dave All, Vancouver, B.C., Oct.21, 2010. http://music.cn.yahoo.com/search?pid=ysearch&source=ysearch_music_result_topsearch&p=%DF%EF%C4%C5&mimetype=all Click the image of the headphones to play a track.

Kateqoriya:Nəfəsli musiqi alətləri Kateqoriya:Çin musiqisi Kateqoriya:Çin dilində sözlər və ifadələr