Rihlə İbn Fədlan () — Əhməd ibn Fədlanın Volqaboyu və Orta Asiya xalqları haqqında qələmə aldığı səyahətnaməsi.
Əsər Bulqar hökmdarı Almuş xan Abbasi xəlifəsi Müqtədir-Billaha elçi göndərək xəlifədən öz hökmdarlığının tanınmasını, xəzərlərə qarşı müdafiə istehkamının tikilməsi üçün lazım olan maddi vəsaitin verilməsini və bulqarlara İslam dinini öyrədəcək fəqih və müəllimlərin göndərilməsini xahiş etmişdir. Xəlifə Müqtədir də Almuş xanın istəyini qəbul edərək bir heyət yaratmış və bu heyətə başçılıq etmə vəzifəsini Səvsən ər-Rəssiyə, katibliyi isə divan katibi olan Əhməd ibn Fədlana həvalə etmişdir. İbn Fədlan da, bu səyahətdə çox mühüm rol oynamış, keçdikləri yerlərdə müşahidələrini qeyd edərək "Rihlə"ni ərsəyə gəlmişdir.
Səyahətnamədə oğuzlar, peçeneqlər, başqırdlar, bulqarlar, ruslar, xəzərlər və digər bəzi xalqlar haqqında məlumat verilir. Bu məlumatlara siyasi nizamları, dini inancları, etika qaydaları, dəfn mərasimləri, geymləri, evlənmə adətləri, dilləri, iqtisadi vəziyyətləri, vergi və ticaret sistəmləri daxildir. Əsərdə İran, Xorasan, Mavəraünnəhr, Xarəzm və Türküstan kimi ərazilərdən də bəhs edilib.
Səyahətnamənin yeganə əlyazması Zəki Vəlidi Toğan tərəfindən 1923-cü ildə Məşhəd kitabxanasından tapılmışdır. Zəki Vəlidi Toğan əsərin ərəbcə mətnini və almanca tərcüməsini 1939-cu ildə Leypsiqdə nəşr etdirmişdir.
"Rihlə" Ramazan Şeşən tərəfindən türk dilinə tərcümə edilmişdir (İstanbul: 1975).
Həmçinin bax Sünni kitablarının siyahısı
İstinadlar