Şahzadə Georq (; ) — Yunanıstan kralı I Georqun oğlu, şahzadə.
Həyatı 1869-cu ildə Korfu adasında dünyaya gəldi. Atası Yunanıstan kralı I Georq, anası isə Çar I Nikolayın nəvəsi Olqa Konstantinovnadır. 13 yaşı tamam olduqda Danimarka donanmasında hərbi karyera qurması üçün Danimarkaya - əmisi Şahzadə Valdemarın Kopenhagen yaxınlığındakı Bernstorf sarayına göndərildi. 1891-ci ildə bibisi oğlu olan çareviç Nikolayla birlikdə Asiya səyahətinə çıxdı və bu səyahət əsnasında Yaponiyada baş tutan sui-qəsddən çareviçi xilas etdi. Bu hadisədən sonra ikili yaxınlaşdılar və çareviçin 1894-cü ildə baş tutan toy mərasiminə gedənlər arasında yerini aldı.
1898-ci ildə muxtariyyət qazanan Krit adasının idarəsinə təyin olundu. Ancaq mütləqiyyətə bağlı olması səbəbilə 1906-cı ildə vəzifədən könüllü şəkildə çəkildi. 21 noyabr 1907-ci ildə Parisdə Bonapart ailəsinə mənsub Mariya Bonapartla evləndi və cütlüyün pravoslav toy mərasimi isə bir ay sonra Afinada baş tutdu. 1908-ci ilin martında Parisə köçən cütlüyün 2 övladı dünyaya gəldi. Ancaq evlilikləri boyunca xanımının xəyanətlərinə göz yumdu.
Şahzadə Pyotr (1908 - 1980) Şahzadə Yevgeniya (1910 - 1989)
1948-ci ildə baş tutan Şahzadə Çarlzın vəftiz mərasimində xaç atası olaraq iştirak etdi. 21 noyabr 1957-ci ildə evliliklərinin 50 illiyini qeyd etdi. Ancaq cəmi 4 gün sonra - Sen-Kluda vəfat etdi. Cənazəsi Afinaya gətirildi və Tatoy sarayındakı ailə məzarlığına dəfn olundu.
Qalereya
Mənbə
Ədəbiyyat
Bertin, Celia (1982). "A False Happiness". Marie Bonaparte: A Life. New York: Harcourt Brace Jovanovich. pp. 85–86. ISBN 0-15-157252-6
İstinadlar