Karel van Mander (; ) — flamand rəssamı, dramaturqu, şairi, incəsənət tarixçisi və incəsənət nəzəriyyəçisidir. Həyatının sonrakı dövründə Holland Respublikasında məskunlaşmışdır. O, əsasən özünün "Rəssamlar kitabı" əsərində erkən dövr niderland rəssamlarının və Şimal İntibahı sənətkarlarının bioqrafı kimi yadda qalmışdır. Bir sənətkar və nəzəriyyəçi kimi o, Holland Respublikasında Şimal manyerizminin yayılmasında və inkişafında mühüm rol oynamışdır.Painting in the Dutch Golden Age - A Profile of the Seventeenth Century, National Gallery of Art, 2007, p. 119

Həyatı

Karel van Manderin həyatı haqqında məlumatların əksəriyyəti, o vəfat etdikdən sonra 1618-ci ildə Yakob Piters Vaxter tərəfindən nəşr edilmiş "Rəssamlar kitabı"nın ikinci nəşrinə daxil edilmiş qısa və anonim bir bioqrafik oçerkə əsaslanır. "t Geslacht, de geboort, plaets, tydt, leven, ende wercken van Karel van Mander, schilder, en poeet, mitsgaders zyn overlyden, ende begraeffenis" (Rəssam və şair Karel van Manderin nəsli, doğumu, yeri, vaxtı, həyatı və əsərləri, o cümlədən ölümü və dəfni) başlıqlı bu bioqrafik oçerkin müəllifinin kimliyi dəqiq məlum deyil.

Müəllifliyə namizəd kimi müxtəlif şəxslər, o cümlədən rəssamın qardaşı Adam van Mander və yazıçı Gerbrand Adrians Bredero təklif edilmişdir. Son dövrlərdə isə bioqrafiyanın müəllifinin rəssamın oğlu – Kiçik Karel van Mander olduğu irəli sürülür. Ehtimal edilir ki, o, atasının şəxsən yazdığı bioqrafik məlumatlara, eləcə də öz xatirələrinə və qeydlərinə istinad etmişdir. Bioqrafik oçerkdəki məlumatlar tamamilə etibarlı sayılmasa da, hələ də Van Manderin həyatı haqqında ən yaxşı məlumat mənbəyi hesab olunur.H. Duits, 'Het leven van Karel van Mander. Kunstenaarsleven of schrijversbiografie?' , De zeventiende eeuw 9 (1993), nr. 2, pp. 117–136

İstinadlar

Xarici keçidlər

The Schilderboeck in the Digitale Bibliotheek der Nederlandse Letteren (DBNL, "Digital Library of Dutch Literature")

Kateqoriya:1548-ci ildə doğulanlar Kateqoriya:11 sentyabrda vəfat edənlər Kateqoriya:1606-cı ildə vəfat edənlər Kateqoriya:Amsterdamda vəfat edənlər Kateqoriya:Əlifba sırasına görə şəxslər Kateqoriya:Əlifba sırasına görə rəssamlar Kateqoriya:Flandriya rəssamları Kateqoriya:XVI əsr rəssamları Kateqoriya:XVII əsr rəssamları Kateqoriya:Niderland rəssamları