Yunan və Danimarkalı Yekaterina (; ) — Yunanıstan kralı I Konstantinin qızı, şahzadə.
1913-cü ildə Afinada dünyaya gəldi. Atası Yunanıstan kralı I Konstantin, anası isə Almaniya imperatoru III Fridrixin qızı Sofiyadır. 14 iyunda vəftiz olundu. 3 yaşında ikən Tatoy sarayında çıxan yanğın zamanı anasıyla saraydan çətinliklə çıxarıldı. Hələ 5 yaşında ikən 1917-ci ildə atası I Konstantin taxtdan çəkildi və valideynləriylə birlikdə İsveçrəyə sürgün olundu. Böyük qardaşı Aleksandrın vəfatından sonra atası yenidən taxta çıxdı. Bu səbəblə ölkəyə qayıtsalar da, atasının 1922-ci ildə ikinci dəfə devrilməsinin ardından təməlli sürgünə getdilər. Bu dəfəki ürgün yeri isə Siciliya oldu. Atasının burada vəfatından sonra ailə Florensiyaya köçdü. Ardından təhsil alması üçün İngiltərədəki yatılı məktəbə göndərildi.
Böyük qardaşı II Georqun monarxiyanı bərpa etməsinin ardından bacısı İrina ilə birlikdə Yunanıstana qayıtdı. 1941-ci ildə Afina işğal edildi və o kiçik qardaşı Pavellə birlikdə Cənubi Afrikaya qaçdı. 1946-cı ildə Britaniyaya qayıtdı. Qayıtdığı gəmidə tanış olduğu mayor Riçard Kampel Brandremlə münasibətə başladı. 1947-ci ilin fevralında nişanlandığı elan olundu. 21 aprel 1947-ci ildə cütlük evləndi və bu nigahdan bir oğlu dünyaya gəldi.
Pavel (1 aprel 1948 - 9 may 2020), 1975-ci ildə Cenifer Diana Stillə evləndi. Bu nigahdan 3 övladı doğulsa da, 1993-cü ildə boşandılar. Ardından 2009-cu ildə Yekaterina Mortonla evləndi. Sofiya Brandrem (23 yanvar 1981) Nikolay Brandrem (23 aprel 1982) Aleksiya Bradrem (6 dekabr 1985)
Ərinin Bağdaddakı vəzifəsi dövründə müşayiət etdi və ardından cütlük Londonda məskunlaşdı. Ölümünədək monarxial tədbir və mərasimlərə qatıldı. Sakit bir həyatın ardından 2 oktyabr 2007-ci ildə Londonda vəfat etdi.
Mənbə
Ədəbiyyat
İstinadlar
Kateqoriya:Yunanıstanın qadın şahzadələri