Volter Mişel və ya Uolter Mişel (; ) — Şəxsiyyət nəzəriyyəsi və Sosial psixologiya sahəsində ixtisaslaşmış amerikalı psixoloq. "Review of General Psychology" jurnalının 2002-ci ildə apardığı sorğuya əsasən, XX əsrin ən çox istinad edilən 25-ci psixoloqu seçilmişdir.
ABŞ Milli Elmlər Akademiyasının üzvü (2004) olmuşdur. O, "Zefir testi"ndə (Marshmallow experiment) Gecikmiş həzz fenomenini öyrənməsi ilə dünya şöhrəti qazanmışdır.
Erkən illəri
Volter Mişel 22 fevral 1930-cu ildə Avstriyanın Vyana şəhərində anadan olmuşdur. 1938-ci ildə Vyana nasistlər tərəfindən işğal edildikdən sonra onun ailəsi ABŞ-a qaçmışdır.
O, Nyu-Yorkun Bruklin rayonunda böyümüş, Ohayo Universitetində Corc Kelli və Culian Rotterin rəhbərliyi altında təhsil almışdır. 1956-cı ildə həmin universitetdə klinik psixologiya üzrə fəlsəfə doktoru (PhD) dərəcəsinə layiq görülmüşdür.
Karyerası
Volter Mişel müxtəlif illərdə dünyanın nüfuzlu universitetlərində dərs demişdir: 1956–1958-ci illərdə — Kolorado Universiteti; 1958–1962-ci illərdə — Harvard Universiteti; 1962–1983-cü illərdə — Stanford Universiteti.
1983-cü ildə o, Kolumbiya Universitetinin psixologiya fakültəsinə qəbul olmuş və elmi fəaliyyətini orada davam etdirmişdir. Mişel karyerası ərzində şəxsiyyətin qiymətləndirilməsi və davranışın proqnozlaşdırılması sahəsindəki fundamental yanaşmaları ilə tanınmışdır.
Mişel öz tədqiqatlarında şəxsiyyətin sabit xüsusiyyətlərdən çox, konkret situasiyalardan asılı olaraq dəyişdiyini müdafiə edən "situasiyaizm" yanaşması ilə psixologiyada inqilab etmişdir.
Mükafatları
Psixologiya elminə görə "Qrauemer" mükafatı (); Amerika Psixologiya Assosiasiyasının (APA) "Görkəmli elmi töhfə" mükafatı.
İstinadlar
Xarici keçidlər
Columbia University Department of Psychology: Walter Mischel Don't! The secret of self-control, by Jonah Lehrer The New Yorker May 18, 2009
Walter Mischel—The Marshmallow Test "Comedy Central" September 25, 2014 The Personality Myth, by Lulu Miller and Alix Spiegel "National Public Radio" June 24, 2016
Kateqoriya:Yəhudi alimlər Kateqoriya:Nyu-York şəxsləri Kateqoriya:Kolumbiya Universitetinin müəllimləri Kateqoriya:Almanəsilli amerikalılar Kateqoriya:ABŞ psixoloqları