Nikolay Aleksandroviç Romanov (; ) — Rusiya imperatoru II Aleksandrın oğlu, çareviç.

Həyatı 1843-cü ildə Sankt-Peterburqdakı Çarskoye seloda dünyaya gəldi. Atası Rusiya imperatoru I Nikolayın oğlu və varisi Çareviç Aleksandr, anası isə Böyük Hesse hersoqu II Lüdovikin qızı Hesseli Vilhelmina Mariyadır. Dünyaya gəldiyi əsnada babası I Nikolay taxtda idi. Onun 1855-ci ildə vəfatı və atasının taxta çıxmasıyla çareviç ünvanı aldı və Rus taxt-tacının varisi elan olundu. Bu ünvanı ölümünədək daşıdı. Uşaqlıq illərdi nəzarət altında təlim-tərbiyə ilə keçdi və kiçik qardaşı Aleksandra çox yaxın idi.

Taxt varisi olduğu üçün gələcəkdə kiminlə evlənəcəyi müzakirə məsələsi idi. Uzun müzakirələrin ardından 1864-cü ildə Danimarka kralı IX Kristianın qızı Şahzadə Daqmarla nişanlandı. Nişanlısına aşiq olan çareviç Nikolay ona ünvanladığı saysız məktublarla sevgisini bildirdi.

1865-ci ilədək çareviçin səhhətində heç bir problem yox idi. Ancaq cənubi Avropaya etdiyi səyahət əsnasında səhhəti pisləşdi. İlk diaqnoz yanlışlıqla revmatizm olaraq qoyuldu. Şiddətli bel və boyun ağrısıyla yanaşı, səs-küyə və işığa həssaslığı artmasına baxmayaraq səyahəti davam etdirdi. İtaliya turunu tamamladıqdan sonra cənubi Fransada dayandı. Səhhəti ağırlaşmışdı. Nəhayət, burada meningit diaqnozu qoyuldu. Çox keçmədən 24 aprel 1865-ci ildə Nitsada vəfat etdi. Cənazəsi Sankt-Peterburqa göndərildi və Pyotr və Pavel kafedralına dəfn olundu.

Ölüm döşəyində ikən sevimli qardaşı knyaz Aleksandrın, nişanlısı Şahzadə Daqmarla evlənməsini vəsiyyət etdi. Onun bu vəsiyyəti 1866-cı ildə yerinə gətirildi. Onun şərəfinə Nitsada Çareviç Nikolay Aleksandroviç kilsəsi inşa olundu və kilsənin 1868-ci ildəki açılışına qardaşı yeni çareviç Aleksandrla yeni xanımı Şahzadə Daqmar qatıldı.

Mənbə

Ədəbiyyat

M. & B. Wattel. (2009). Les Grand'Croix de la Légion d'honneur de 1805 à nos jours. Titulaires français et étrangers. Paris: Archives & Culture. p. 515. ISBN 978-2-35077-135-9 Bille-Hansen, A. C.; Holck, Harald, eds. (1864) [1st pub.:1801]. Statshaandbog for Kongeriget Danmark for Aaret 1864. Kongelig Dansk Hof- og Statskalender (in Danish). Copenhagen: J.H. Schultz A.-S. Universitetsbogtrykkeri. p. 4

İstinadlar