Con Çarlton Polkinhorn (; ) — kornuollu nəzəri fizik, ilahiyyatçı və anqlikan keşişi.Daily Telegraph, Issue no 51,581 dated Friday 19 March 2021 p. 29 (Obituaries) "The Reverend Canon John Polkinghorne- Theoretical physicist who advanced the understanding of quantum theory before becoming a clergyman". Elm və din arasındakı münasibətləri şərh edən ən görkəmli və aparıcı simalardan biri sayılan Polkinhorn, 1968-ci ildən 1979-cu ilə qədər Kembric Universitetində riyazi fizika professoru vəzifəsində çalışmışdır. O, 1979-cu ildə keşişlik təhsili almaq üçün professorluq kürsüsündən istefa vermiş və 1982-ci ildə anqlikan keşişi rütbəsinə təyin edilmişdir. Polkinhorn 1988-ci ildən 1996-cı ilə qədər Kembricdəki "Queens' College"in prezidenti vəzifəsini icra etmişdir.

Polkinhorn fizika sahəsində beş, elm və dinin qarşılıqlı əlaqəsi mövzusunda isə iyirmi altı kitabın müəllifidir. Onun nəşrləri sırasına "Kvant Dünyası" (1989), "Kvant Fizikası və Teologiya: Gözlənilməz Qohumluq" (2005), "Reallığın Tədqiqi: Elm və Dinin Çulğalaşması" (2007) və "Həqiqət Sualları" (2009) kimi əsərlər daxildir. Tomas Cey Oordun redaktorluğu ilə işıq üzü görən "The Polkinghorne Reader" kitabı müəllifin ən nüfuzlu kitablarından seçilmiş əsas fraqmentləri özündə cəmləşdirir. O, 1997-ci ildə cəngavər rütbəsinə layiq görülmüş, 2002-ci ildə isə həyatın mənəvi ölçüsünün təsdiqinə verdiyi müstəsna töhfələrə görə 1 milyon funt sterlinq dəyərində "Templeton mükafatı" almışdır.

İstinadlar

Xarici keçidlər Website about Polkinghorne

Kateqoriya:16 oktyabrda doğulanlar Kateqoriya:1930-cu ildə doğulanlar Kateqoriya:9 martda vəfat edənlər Kateqoriya:2021-ci ildə vəfat edənlər Kateqoriya:Əlifba sırasına görə şəxslər Kateqoriya:Əlifba sırasına görə alimlər Kateqoriya:Kembric Universitetinin müəllimləri Kateqoriya:Edinburq Universitetinin müəllimləri Kateqoriya:Kembric Universitetinin məzunları Kateqoriya:Triniti Kollecinin məzunları (Kembric) Kateqoriya:"Britaniya imperiyası" ordeninin cəngavər-komandorları Kateqoriya:Cəngavər bakalavrları Kateqoriya:London Kral Cəmiyyətinin üzvləri Kateqoriya:İngilis anqlikanlar Kateqoriya:Britaniya fizikləri