Karlo Rubbia (; ) — CERN-də W və Z zərrəciklərinin kəşfinə aparan işlərinə görə 1984-cü ildə Simon van der Mer ilə birlikdə Fizika üzrə "Nobel" mükafatını paylaşan italyan elementar hissəciklər fiziki və ixtiraçıdır.Carlo Rubbia's biography and lectures on the website of the Pontifical Academy of SciencesScientific publications of Carlo Rubbia on INSPIRE-HEP
Erkən həyatı və təhsili
Rubbia 1934-cü ildə İtaliyanın Sloveniya ilə sərhədində yerləşən Qoritsiya şəhərində anadan olmuşdur. Müharibənin yaratdığı çətinliklər səbəbindən ailəsi əvvəlcə Venesiyaya, sonra isə Udineyə köçmüşdür. Atası elektrik mühəndisi idi və Karlo fizika oxumaq istədiyini bildirsə də, atasının təsiri ilə mühəndisliyə yönəlmişdi. O, yerli ərazilərdən atılmış hərbi rabitə avadanlıqlarını toplayır və onlarla təcrübələr aparırdı.
Pizadakı Ali Normal Məktəbdə fizika üzrə təhsil almaq üçün qəbul imtahanı verən Rubbia, tələb olunan ilk onluğa düşə bilmədi (on birinci oldu) və buna görə də 1953-cü ildə Milanda mühəndislik kursuna başladı. Lakin qısa müddət sonra Pizadakı tələbələrdən birinin təhsildən imtina etməsi Rubbia üçün şans yaratdı. O, kosmik şüalar üzərində apardığı tədqiqatlara dair dissertasiya ilə nisbətən qısa müddətdə dərəcə və doktorluq qazandı; elmi rəhbəri Marçello Konversi idi. Pizada o, gələcək həyat yoldaşı, həmçinin fizika tələbəsi olan Marisa ilə tanış oldu.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:İtaliya fizikləri Kateqoriya:XX əsrin fizikləri Kateqoriya:Harvard Universitetinin müəllimləri Kateqoriya:İtaliyalı Nobel mükafatı laureatları Kateqoriya:Polşanın "Xidmətlərə görə" ordeninin komandorları Kateqoriya:Dei Linçei Akademiyasının üzvləri Kateqoriya:London Kral Cəmiyyətinin əcnəbi üzvləri Kateqoriya:Papa Elmlər Akademiyasının üzvləri Kateqoriya:Kolumbiya Universiteti şəxsləri Kateqoriya:Harvard Universitetinin müəllimləri Kateqoriya:Kolumbiya Universiteti şəxsləri Kateqoriya:Polşanın "Xidmətlərə görə" ordeninin komandorları