Erlik Xan — (; ; ; ;; xakas.İr li k; ; , həmçinin Erlik Xan ; ) —əski bütpərəst, türk və Sayan-Altay mifologiyasında şər, yeraltı dünya və ölüm tanrısı.
Erlik xan- Şeytan və ya Demiurq tərəfindən yaradılan ilk canlı varlıqdırМифологический словарь/Гл. ред. Мелетинский Е.М. — М.: Советская энциклопедия, 1990 г. — 672 с.. Erlik xan haqqında Orxon- Yenisey yazılarında da xatırlanır və türk inanc sistemləri arasında yeraltı dünyanın sahibi kimi ardıcıl bir nümunə göstərir Burnakov, V. A. "Erlik khan in the traditional worldview of the khakas." Archaeology, Ethnology and Anthropology of Eurasia 39.1 (2011): 107-114..
O, Kayra Xanın və Yer tanrısının oğludur və Tenqrizmdə qədim türklərin inanc sistemi, yeraltı dünyasının sahibidir (Yerlik/Erlik də deyilir). Macar mifologiyasında Ördöqlə bərabərdir.
Zahiri təsviri Erlik obrazı daha universaldır, çünki o, reallıqda görünə və ya Ülgen kimi formasını dəyişə bilər. O, demək olar ki, bütün bütpərəst xalqların - həm şamanistlərin, həm də lamaistlərin inanclarında geniş yayılmışdır. Erlik və ya Efermus adına artıq qədim türk runik abidələrində tərk edilmiş adı kimi rast gəlinir (dildə Efermus "cəsədi verən və qaçıran", yer üzündəki ölülərin sahibi deməkdir). Bu adın qədim uyğur anlayışı olan "Erlik Xaqan" - cəhənnəm ağası anlayışından qaynaqlandığına inanılır.
Saçları, gözləri və qaşları ilə atı qaradır. Çəngəl (cütlü) saqqalı dizlərinə qədər uzamış, yaşlı adamdırRaimovna, Pardaeva Dilfuza. "Mythology and Turkic Literature of the Middle Ages". Middle European Scientific Bulletin 19 (2021): 115–119.. Buynuzları ağac köklərinə, bığları çöl donuzunun dişlərinə bənzəyir. Yatağı qunduz derisindendir. Qədəhi insan kəlləsindəndir. Qamçısı qara ilandır. Doqquz oğlu ilə doqquz qızı vardır. Çənəsi çəkic kimidir. Yəhərlənmiş doqquz öküzü, gümüş boyunbağı var. Yeraltında dəmir sarayda yaşayır. Dəmirdən hazırlanmış bir qalxana ibadət edir. Qılıncı geniş tiyəli bir qılıncdır. Böyük və çirkin görünüşü var. Qara rənglə işarələnmişdir. Ona qara bir at qurban verilir. Erlikosaurus dinozavrı onun adını daşıyır R. Barsbold və A. Perle, 1980, Acta Palaeontologica Polonica 25(2): səh. 187-195.
Parlaq, qan kimi üzü olan Erlikin qara dəmirdən hazırlanmış qılınc və qalxanı var. Onun miniyi qara at və ya qara öküz təsvir edilmişdir. Qədim Uyğur incəsənətində Erklik xan öküz və ya öküz üzərində təsvir edilmişdir.
Yaradılışı Türk mifologiyasında Erlik bəşəriyyətin yaradılmasında iştirak etmişdirÇoban, Ramazan Volkan. Türk Mitolojisinde Kötülük Tanrısı Erlik'in İnanıştaki Yeri, Tasviri ve Kökeni (Turkish) . O, elçi tanrısı Maidere/Maidere-ni öldürmüş və buna görə də onu günah müəllimi də adlandırılar. O, bəzən totem ayısı kimi təsvir olunur.
Kayra Xan ilkin olaraq Erlik və onun qardaşını yaratdıThe Common and the Specific in the Central Asian Epic // Social Sciences. Vol. 4. № 2 (12), 1973, p. 94—104.. Altay əfsanəsinə görə, Erlik hələ göydə olarkən o İye adlı ruhlar yaratmışdır. Erlik özünü tanrı elan etdikdə ruhları ilə birlikdə yerə qovulmuşdur Fuzuli Bayat Türk Mitolojik Sistemi 2: Kutsal Dişi – Mitolojik Ana, Umay Paradigmasında İlkel Mitolojik Kategoriler – İyeler ve Demonoloji Ötüken Neşriyat A.Ş 2016 ISBN 9786051554075 (Turkish). Başqa bir Altay əfsanəsində deyilir ki, Tanrı (Tenqri) Erlikə çəkic və zindan bəxş etmiş, lakin Erlik onlarla pislik etməyə başlayanda onun gücünü əlindən almışdırIŞIK, TOPRAK, and SEHER CESUR KILIÇASLAN. "WOMEN IN TURKIC MYTHOLOGY." Academic International Conference on Social Sciences and Humanities. 2017.. Vasiliy Radlovun qeydlərinə əsasən Kayra ona sonsuz sulardan torpaq çıxarmaq vəzifəsi verir, lakin Erlik Xan yeri yaradarkən ağzında bir parça torpaq saxladı və bunu etdiyi məlum olduqda cəzalandırıldıKara, Mehmet, and Ersin Teres. "Some Similar and Parallel Points Between the Turkic Legendary “Creation” and Similar Texts of Japan." p.194.
Başqa bir hekayədə isə, Erlikin gəlişindən əvvəl insanlar ölməz olublar. İnsanlar və heyvanlar dünyaya həddindən artıq çoxalıblar, ta ki bir qarğa dünyaya Ölümü çağırmağı təklif edənə qədər. Beləliklə, insanlar Erliyi çağırıblar və ölüm gəlib. Əvvəlcə bütün insanlar nə vaxt öləcəklərini bilirdilər və Tenqri ölüm tarixlərini gizlədənə qədər qorxu içində yaşayırdılarSagandykova, A. B., et al. "The ancient turkic model of death mythology." The Social Sciences (Pakistan) 11.9 (2016): 2273-2284..
Başqa bir hekayədə isə, Erlikin gəlişindən əvvəl insanlar ölməz olublar. İnsanlar və heyvanlar dünyaya həddindən artıq çoxalıblar, ta ki bir qarğa dünyaya Ölümü çağırmağı təklif edənə qədər. Beləliklə, insanlar Erliyi çağırıblar və ölüm gəlib. Əvvəlcə bütün insanlar nə vaxt öləcəklərini bilirdilər və Tenqri ölüm tarixlərini gizlədənə qədər qorxu içində yaşayırdılar .
Erlikin yaratdığı pis ruhlar bəşəriyyətə bədbəxtlik, xəstəlik və ölüm gətirirlər. Bu ruhlar Erlikin köməkçiləri kimi təsəvvür edilir. Bunlardan başqa, onun doqquz oğlu və qızı atalarına şər yolunda kömək edirlər. Erlikin qızları, xüsusən də qızlar öz gözəllikləri ilə bir şamanın rituallarla Ülgenə çatmağa çalışdığı zaman onun fikrini dəyişdirməyə çalışırlar. Erlik hər cür xəstəlik verir və insanlardan qurban istəyir. Əgər onlar ona qurban verməsələr, öldürdüyü insanların cəsədlərini tutub bu aşağı dünyaya aparır və sonra onları öz köləsi edir. Buna görə də, xüsusən də Altaylarda xəstəlik görünəndə insanlar Erlikdən qorxur və ona çoxlu heyvan qurbanları verirlər
Məlumatsız, dağıdıcıdır. Nizam və sülh istəməz. Dincliyə qarşıdır, yer üzünü qarışdırmaq istəyir. Sonsuz qaranlıqların içində yaşar. İradəsi yoxdur. O, dinə qarşıdır və dünyada xaos yaratmaq istəyir. Kainatın əvvəlində yalnız Ülgen və Erlik vardır. Qaz və qu cildinə girərək sonsuz suyun üzərində uçurlar.
Erlik xanın yaradılışı zamanı və sonrasında davranışı və münasibətləri onun eqosentrik təbiəti haqqında məlumat verir. Erlikin eqosentrik davranışı kosmoqonik dövrün kosmik dövrü doğurduğu və onunla birlikdə bəşəriyyətin "sökülməsinə" səbəb olduğu anda özünü göstərdiUsta Demirlikan, Y. (2022).TÜRK MİTOLOJİSİNİN YER ALTI KÖTÜCÜSÜ ’ERLİK HAN’. Düşünce Dünyasında Türkiz, 7(39), 73-86. https://izlik.org/JA54TB55JE.
Məkanı
Erlik xanın yeraltı dünyası qərbdə yerləşir və yeraltı çatla başlayır ki, bu da ona açılan qapıdır. Bəzi inanclara görə, bu dünya Erlikin oğullarının yaşadığı doqquz təbəqədən və ya mərtəbədən ibarətdir. Yeraltı dünyanın da günəşi və ayı var, lakin onların işığı zəifdir, ona görə də həmişə alaqaranlıqdır. Yeraltı dünyanın girişində qara kötük və qaynar su qazanı var. Geniş bataqlıqlar, insan göz yaşları ilə dolu bir göl, öldürülənlərin və ya təsadüfən ölümcül şəkildə yaralananların qanından əmələ gələn qırmızı bir göldən ibarət bir dünyadır. Daha sonra tək bir at tükündən düzəldilmiş körpü olan dibsiz qara bir göl var. Qara gölün arxasında mərhum əcdadların səltənəti yerləşir. Yeraltı dünyada mərhum əcdadların yaşadığı yerin arxasında Erlikin ilk oğlu Temir xanın qızları yaşayır. Temir xanın özü burada böyük bir yurtda yaşayır, yanında isə bir dirək var.
Erlik Xan, Toybodım çayının sahilində, insan göz yaşlarından düzəldilmiş, tək bir at tükündən düzəldilmiş körpü ilə əhatə olunmuş qara palçıqdan və ya qızılda tikilmiş bir sarayda yaşayırBurnakov, V. A. "Erlik khan in the traditional worldview of the khakas." Archaeology, Ethnology and Anthropology of Eurasia 39.1 (2011): 107-114.. Onu Dütpa adlı fantastik bədheybət əjdahalar qoruyur. Sarayın xaricində Erlikin qarmaqlı xidmətçiləri, keşikçilər dayanır.
Erlik güc baxımından Ülgenlə bərabərdir; o, dünyanın yaradılmasında Ülgendən heç də az olmayan rol oynayır. Şaman çağırışlarında Erliyə ataya müraciət edilən kimi “Adəm Erlik” deyə səslənilir. Erlikdən insanlar başqa dünyalara nüfuz etmək sənəti kimi əvəzsiz bir hədiyyə alırlar.
Etimologiyası Bu söz "Er/Yer" sözünün kökündən törəyib. "Şəxs", "güc", "yer" və "yeraltı" sözləri ilə bağlıdır. Buryat dilində "qan içən" mənasında da işlənir.
Qara oğlanlar Erlikin 9 oğlu vardır: Karaş Xan: Qaranlıq Tanrısı. Matir Xan: Cəsarət və igidlik Tanrısı. Şinqay Xan: Xaos Tanrısı. Kömür Xan: Şər Tanrısı. Badiş Xan: Fəlakət Tanrısı. Yabaş Xan: Məğlubiyyət Tanrısı. Temir Xan: Dəmir və mədən Tanrısı. Uçar Xan: Xəbər Tanrısı. Kerey Xan: Nifaq Tanrısı.
Həmçinin bax Türk Əfsanə Sözlüyü, Dəniz Qaraqurd, Türkiyə, 2011, (OTRS: CC BY-SA 3.0) ; Çoban, Ramazan Volkan. (2012). Türk Mitolojisinde Kötülük Tanrısı Erlik'in İnanıştaki Yeri, Tasviri ve Kökeni. Simitçay Dergisi, Sayı 2, 1-6. Kaynak Çoban, Ramazan Volkan. (2013). Türk Mitolojisinde İyilik Tanrısı Ülgen'in İnanıştaki Yeri, Tasviri ve Kökeni. Bilim ve Kültür Dergisi, Sayı 1, 192-198. Kaynak Çoban, Ramazan Volkan. (2019). Türk Mitolojisinin Karanlık ve Aydınlık Yüzleri Ülgen Erlik Aktüel Arkeoloji Dergisi, Aktüel Arkeoloji, Sayı 70, 34-43. Kaynak .
İstinadlar
Ədəbiyyat
AVCIOĞLU, Doğan 1985 , Türklerin Tarihi I, İstanbul: Tekin Yayınevi. BAYAT, Fuzulî 2007 , Türk Mitolojik Sistemi 1, İstanbul: Ötüken Neşriyat. BEYDİLİ, Celal 2005 ,Türk Mitolojisi Ansiklopedik Sözlük, Ankara: Yurt Kitap-Yayın. BOZKURT, Fuat 1995 , Türklerin Dini, İstanbul: Cem Yayınevi. ÇORUHLU, Yaşar 1999 , Türk Mitolojisinin ABC’si, İstanbul: Kabalcı Yayınevi. ELİADE, Mircea 2009 , Dinsel İnançlar ve Düşünceler Tarihi 3, İstanbul: Kabalcı Yayıncılık. ESİN, Emel 2001 , Türk Kozmolojisine Giriş, İstanbul: Kabalcı Yayınevi. GÜNGÖR, Harun 2010 , “Şamanizm”,İslam Ansiklopedisi, C. 38, İstanbul: Türkiye Diyanet Vakfı. İNAN, Abdülkadir 1976 , Eski Türk Dini Tarihi, İstanbul: Kültür Bakanlığı / Milli Eğitim Basımevi. KORKMAZ, Esat 2006 , Şeytan Tasarımı Terimleri Sözlüğü, İstanbul: Anahtar Kitaplar. LEEMING, David A. 2010 , Creation Myths of The World, California: ABC-CLIO LLC. ÖGEL, Bahattin 2010 , Türk Mitolojsi 1, İstanbul: Türk Tarih Kurumu Yayınları ÖGEL, Bahattin 2006 , Türk Mitolojsi 2, İstanbul: Türk Tarih Kurumu Yayınları ROUX, Jean Paul 2012 , Eski Türk Mitolojisi, Ankara: Bilge Su Yayıncılık. SAYDAM, Mehmet Bilgin 2013 , Deli Dumrul’un Bilinci; “Türk İslam Ruhu” Üzerine Bir Kültür Psikolojisi Denemesi, İstanbul: Metis Yayınları. TAŞ, İsmail 2002 , Türk Düşüncesinde Kozmogoni-Kozmoloji, Konya: Kömen Yayınları. TÜRKÖNE, Mümtaz’er 1995 , Eski Türk Toplumunun Cinsiyet Kültürü, Ankara: Ark Yayınevi. UĞURLU, Nuğrer 2012 , Türk Mitolojisi, İstanbul: Örgün Yayınevi.
Kateqoriya:Türk mifologiyası Kateqoriya:Mifoloji güclər Kateqoriya:Mifoloji bədheybətlər Kateqoriya:Mifologiya qəhrəmanları Kateqoriya:Mifologiya Kateqoriya:Mifologiyada tanrılar Kateqoriya:Altay mifologiyası Kateqoriya:Monqol mifologiyası